Şuşadakı əmlaklar qiymətləndiriləcək

17.08.2022 - 11:29


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi balansına verilmiş əmlakların qiymətləndirilməsi ilə bağlı açıq tender elan edib.

Cumhuriyyet.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, söhbət 221 ədəd abidə və digər tarixi tikilidən, 32 ədəd çoxmənzilli yaşayış evindən gedir.

Tenderdə iştirak haqqı 350 manatdır. İddiaçılar ilkin sənədləri sentyabrın 6-na, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə sentyabrın 14-nə qədər Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 15-də qeyd olunan ünvanda baxılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=180766

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728