Azərsu ASC-də qrup savaşı: Ramiz Hüseynov Köçəri Həsənov əleyhinə hansı işləri görür?

18.08.2022 - 14:04

Qorxmaz Hüseynovun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsindən iki ildən artıq vaxt keçir . Ötən müddət ərzində “Azərsu” ASC-yə sədr təyin olunmayıb və Səhmdar Cəmiyyətə rəhbərlik müvəqqəti olaraq sədrin istismar üzrə müavini Köçərli Həsənova həvalə edilib. “Azərsu” ASC-yə sədr əvəzinin Köçərli Həsənova həvalə edilməsi çox gözlənilməz oldu. Çünki normal halda sədri əvəz etmək birinci müavini Teyyub Cabbarova həvalə edilməli idi. Ancaq hansısa “sehirli əl”in müdaxiləsindən sonra sədrlik müvəqqəti olaraq Köçəri  Həsənova həvalə edildi.

Azərsu ” ASC-nin sədri vəzifəsinə ötən iki il  ərzində təyinatın gecikməsi həm cəmiyyətdə, həm də siyasi kluarlarda geniş müzakirə mövzusuna çevrilib. Cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə “Azərsu” ASC-nin sədrliyi uğrunda qurum daxilində ciddi savaş başlayıb. Mənbənin sözlərinə görə əsas mübarizə hazırda quruma rəhbərliyi həyata keçirən Köçəri Həsənovla  uzun müddətdir sədrin müavini vəzifəsində çalışan Etibar Məmmədov arasında gedir. Bununla bağlı redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, sədrlik savaşında xüsusilə aktivlik göstərən şəxs E.Məmmədovun yaxın adamı kimi tanınan Ramiz Hüseynovdur. Ramiz Hüseynov Azərsuda sədr dəyişikliyində iştirak təcrübəbəsinə malikdir. Belə ki, hələ Oqtay Əsədov quruma rəhbər təyin olunarkən bu şəxs əvvəlki sədr Rasim Quliyevlə Oqtay Əsədov arasında vasitəçilik edərək karyera yüksəlişi qazanıb. İndi isə Ramiz Hüseynov Etibar Məmmədovun sədrliyi üçün planlara rəhbərlik edir. Onun Ceyranbatan su kəmərləri istismarı istehsalat idarəsinin rəis müavinliyindən bu günədək olan fəaliyyəti və hazırda qurduğu oyunlar haqda növbəti yazımızda.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180998

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930