Qazaxın torpağı bərəkətli, insanları fərasətlidir

28.08.2022 - 10:10

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların nəticələri qeyri-neft sektorunun inkişafında özünü daha qabarıq göstərir. Bu istiqamətdə sahibkarlığın inkişafına dəstək verilir, ixrac potensialının artırılması ilə bağlı stimullaşdırıcı tədbirlər gücləndirilir. Regionlarda sənaye parklarının və məhəllələrinin yaradılması isə ölkə iqtisadiyyatının davamlı inkişafını növbəti illər üçün təmin edir.

Söz yox ki, iqtisadiyyatda qazanılan uğurlar bölgələrimizin inkişafını təmin etməklə bərabər, əhalinin güzəranına da müsbət təsir göstərir. Bunu Qazax rayonunun timsalında daha aydın görmək olar. Son illər burada həyata keçirilən məqsədyönlü tədbirlər, qazanılan uğurlar nəticəsində sakinlərin dolanışığı yaxşılaşmış, eyni zamanda rayonun sosial siması xeyli dəyişmişdir.

Məlumdur ki, son zamanlar baş verən məlum hadisələr dünyanı ərzaq, o cümlədən taxıl böhranı ilə üz-üzə qoymuşdur. Bunu yaxşı dərk edən rayon taxılçıları göstərilən yüksək aqrotexniki qulluq nəticəsində cari təsərrüfat ili yüksək göstəricilərə nail olmuşlar. Belə ki, 2022-ci ilin məhsulu üçün ötən ilin payızında 11312 hektar, bu ilin yazında 52,2 hektar olmaqla cəmi 11364,2 hektar taxıl səpilmişdir ki, onun da 4876,6 hektarı buğda, 6487,6 hektarı arpa sahəsi olmuşdur. Sahələrdən 39577,3 ton məhsul toplanmışdır. Bu, hər hektardan 34,8 sentner taxıl deməkdir. O cümlədən 4876,6 hektardan 18774,9 ton buğda götürülmüş və məhsuldarlıq 38,5 sentner təşkil etmişdir. 6487,6 hektar arpa sahəsindən isə 20802,4 ton arpa biçilmişdir.

Rayonda kənd təsərrüfatının digər sahələri üzrə də yüksək göstəricilərə nail olunmuşdur. 1270 hektar sahədə kartof, 90 hektarda vələmir, 474 hektarda qarğıdalı, 71 hektarda sorqo, 16 hektarda noxud, 180 hektarda lobya, , 4782 hektarda yonca, 44 hektarda günəbaxan, 20 hektarda sarımsaq, 27 hektarda soğan, 126 hektarda xiyar, 222 hektarda pomidor və başqa bitkilər becərən fermerlər sahələrdən yüksək məhsul götürmüşlər.

Kənd təsərrüfatında bağçılıq da gəlirli sahələrdəndir. Odur ki, rayonda bu sahənin inkişafına diqqətlə yanaşılır. Hazırda rayonda 1656,4 hektar meyvə bağı, 284,7 hektar üzüm plantasiyaları var. Fındıqçılığın inkişafına isə Qazaxda daha çox diqqət yetirilir.  Məlumdur ki, Türkiyə və İtaliyadan sonra dünya üzrə fındıq istehsalında Azərbaycanın özünəməxsus yeri var. Hazırda Qazaxda 399,8 hektar fındıq bağına yüksək aqrotexniki qulluq göstərilir. Bunun 300 hektarı artıq bar verir. Fındıq bağlarının ərazisi ilbəil genişləndirilir.

Cari ilin ötən 6 ayı ərzində demək olar ki, meyvəçiliyin və bostançılığın bütün sahələrində yüksək məhsuldarlığa nail olunmuşdur. Bu dövr ərzində 63,6 hektar ərik bağından 871,3 ton (məhsuldarlıq hər hektardan 137 sentner), 55,8 hektar albalı bağından 569,46 ton (məhsuldarlıq 102 sentner), 42,6 hektar alça bağından 413,2 ton (məhsuldarlıq 96 sentner) 85,3 hektar gilas bağından 1068,7 ton  (məhsuldarlıq 125 sentner) məhsul yığılaraq realizə olunmudur. Hazırda lobya, bibər, xiyar, badımcan, pomidor, göyərti, alma, armud, giləmeyvələr və yonca məhsullarının yığımı davam edir.

“Aqroservis” ASC-nin Qazax rayon bölməsi tərəfindən rayonda fəaliyyət göstərən fermerlərə aqrokartlar vasitəsilə ödəniş edilməklə 268,9 ton gübrə verilmişdir ki, bunun da 725 tonu ammonium nitrat, 0,7 tonu ammofos, 16,7 tonu ammonium sulfat, 179 ton karbamid gübrələridir. Fermerlərə həmçinin 1941 litr pestisid satılmışdır.

Rayonda ipəkçiliyin inkişafı üçün də bir sıra tədbirlər həyata keçirilir. Bu hesaba cari ilin may ayında rayon kümçüləri götürdükləri 75 qutu ipəkqurdu toxumundan 3159 kiloqram yaş barama istehsal edərək təhvil vermişlər.

Sabir ƏLİYEV,

“Azərbaycan” qəzetinin bölgə müxbiri

27.08.2022-ci il

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181017

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930