Tovuzda qazinin intihar xəbəri yayıldı, bacısından açıqlama gəldi ki…

01.09.2022 - 17:07

Avqustun 31-də Tovuzun Yuxarı Öysüzlü kənd sakini, Qarabağ qazisi Yusifov Elşən Ələddin oğlunun intihar etməsi ilə bağlı sosial şəbəkələrdə video paylaşılmışdı. Bildirilirdi ki, daha bir qazimiz canına qəsd edib və bezərək intihara əl atıb. Bu da cəmiyyətdə, sosial mediada etirazlara səbəb olmuş, məmurların laqeydliyi qınanmışdı.

Lakin yayılan xəbərlərlə bağlı Reportyor.info-ya açıqlama verən qazinin bacısı Baxşəliyeva Zülfiyyə Ələddin qızı bildirib ki, deyilənlər həqiqətdən uzaqdır. Onun sözlərinə görə, müharibədən sonra qardaşının psixoloji vəziyyəti yaxşı olmayıb: “Qardaşım Elşən mütəmadi müalicə almağına baxmayaraq, vəziyyəti düzəlməyib. Psixoloji gərginlik, şiddətli baş ağrıları onu hər gün müşayiət edir. Ona görə hadisə baş verən gün Elşənin ağrıları xüsusilə artmışdı. Sadəcə. həkimlər tərəfindən ona yazılmış, adını dəqiq bilmədiyim dərmanın 4/1 hissəsini içməli olduğu halda, bilmədən 11 ədədini içib. Bütün problemlər də bundan yaranıb

Short URL: http://www.cumhuriyyet.net/?p=181309

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930