Ağstafanın döyüşçü həkimləri

02.09.2022 - 15:30

Ağstafada hər kəs İlham Sofuyevi və Teyyub Carçıyevi döyüşçü – həkim kimi tanıyır.

Həkimlik peşəsini seçərkən ilk bölüşdükləri fikir, xalqın və bütün cəmiyyətin əsgəri olmaq idi. Lakin heç biri bilmirdi ki, ağ xalat əvəzinə avtomat silahların və qumbaratanların yol yoldaşı olacaqlar. And içdikləri Hippokrad andına sadiq qalan həkimlərin, Vətən uğrunda döyüşlərdə yalnız bir fikri və amalı vardı. Yaralanıb qanı axan əsgərlərimizə yardım etmək, onları həyata qaytarmaq və hər damla axan qanın qisasını almaq. Onlar öz amallarına sadiq qaldılar.

İlham Sofuyev ali təhsilini başa vurduqdan sonar ilk iş təcrübəsinə məhz Vətən uğrunda döyüşlərdən başlamışdı. Döyüş təcrübəsi, müharibə şəraitində tibbi xidmətin təşkili, yaralanmış döyüşçünün onun əsgər yoldaşının, ailə üzvülərinin sarsıntılarına bələd olmsı, həmin hislərin özünün küçirməsi 44 günlük Vətən müharibəsində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının kollektivinin hər bir üzvünün müharibə qaydalarına uyğun olaraq səfərbər olmasının, xəstəxanaya qəbul edilən yaralıların, həmçinin əsgər ailələrinin, onların valdeyinlərinin və müharibənin təsirlərindən əziyyət çəkən sakinlərin tibbi xidmətinin təşkili, şəhidlərin dəfni zamanı alınmış psixaloji travmaların normallaşması üçün həkim kollektivinin fasiləsiz fəaliyyətinin təmin oluna bilməsi rayon əhalisi tərəfindən təqdirlə qarşılanmışdır və bu gün də dəyərləndirilir.

44 günlük Vətən müharibəsi başlanan andan könüllü olaraq həkim – cərrah kimi müharibə bölgəsinə özünü çatdıran Teyyub Carçıyev neçə-neçə igidlərimizin həyatını ölümün cəngindən almış və düşmənlə göz-gözə durmuşdur.

Döyüş təəssüratlarını bölüşmək onlar üçün nə qədər çətin olsa da Qələbə sevincini yaşadıqları üçün dillə ifadə etməyin mümükünsüzlüyü haqqında ürəklə danışırlar.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev olan Silahlı Qüvvələrin komandanlığı tərəfindən döyüşçü – həkimlərimizə verlmiş Fəxri Fərmanlar onların əməyinə verilən qimətdir və onlar, verilən bu dəyərdən qürur duyurlar və Qələbəmizdə payları olduğundan sevinirlər.

Döyüşçü – həkimlərə verilən bu dəyər, onları daha yaxşı işləməyə, xəstələrə, əlillərə, şəhid ailələrinə daha yaxşı tibbi xidmət göstərilməsinin təşkilinə həvəsləndirir.Bu, eyni zamanda, gənclərimizə örnək olmaqla yanaşı Azərbaycanın Silahlı qüvvələrinə inamı artırır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181382

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031