İcra başçısı sərhəddə hərbçilərlə görüşdü

03.09.2022 - 10:33

Sentyabrın 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə sərhəddə hərbçilərlə görüşüb.

Hərbçilərimizlə görüşən icra başçısı 44 günlük Vətən müharibəsindən söz açıb, həmin döyüşlərdə Azərbaycan Ordusunun şanlı tarix yazdığını, hərbçilərimizin istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadir olduğunu bildirib. Bu gün xalq olaraq qazandığımız tarixi Qələbənin müəllifi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb.

Hərbçilərimizlə səmimi söhbət edən icra başçısı bu gün hər birimizin onlarla fəxr etdiyimizi qeyd edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181412

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031