Zaqatala rayon icra başçısı Muğanlı kəndində səyyar qəbul keçirib – FOTOLAR, VİDEO

03.09.2022 - 11:23

Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Zaqatala rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının tapşırığına əsasən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Zaqatala rayon icra başçısının növbəti səyyar qəbul-görüşü Muğanlı kəndində keçirilib.
Səyar qəbulda rayon Polis Şöbəsinin rəismüavini, Rayon prakuroru, rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən Mübariz Əhmədzadə bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. İcra başçısı həmçinin sosial sahədə davamlı xarakter daşıyan uğurlu addımlarıdan danışıb. Bildirib ki, həqiqətən də, cənab Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, Fərman və sərəncamları inqilabi xarakter daşıyır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Görüşdə kənd sakinlərini narahat edən məsələlər və problemlər müzakirə olunub və həlli üçün aidiyyatı qurumlara tövsiyə və tapşırıqlar verilib.
Səmimi dialoq şəraitində keçən görüşdə kənd sakinləri problemləri səsləndirmiş, icra başçısı onları diqqətlə dinləmiş lazımi göstərişlər verilmişdir. Görüşdə icra başçısının şəxsi təşəbbüsü və təşkilatçılığı ilə kəndin mərkəzinə yeni teansfarmatorun qoyulmasından razılıq edilmiş, M.Əhmədzadə ikinci teansfarmatorun da bu günlərdə qoyulacağını bildirmişdir. Kənd məktəbi ilə bağlı problemi də icra başçısə diqqətlə dinləmiş, icra başçısı məktəbin yenidən tikilməsi və ya əsaslı təmir olunması ilə bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldıracağına söz vermişdir. Bundan başqa çay yataqlarının genişəndirilməsi, kənd yolları, su artezanları ilə bağlı təkliflər də səsləndirilmiş, icra başçısı bütün fikirləri diqqətlə dinləyərək, hər bir məsələnin həlli ilə bağlı yerindəcə göstəriş vermişdir.

 

Muğanlı kəndində keçirilən səyyar qəbul kənd sakinləri tərəfindən böyük razılıqla qarçılanmış və onlar göstərdiyi diqqət və qayğıya görə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhədzadəyə minnətdarlığını bildirmişlər.
Məcid Çobanov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181415

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930