“Tərtər işi”nə görə həbs olunan generalı hansı cəza gözləyir?
Xəbər verdiyimiz kimi, “Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu saxılanılıb.
Cumhuriyyet.az-ın məlumatına görə, Bəkir Orucov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
General-mayor Bəkir Orucovun ittiham olunduğu maddələr üzrə hansı cəzalar nəzərdə tutulduğunu təqdim edirik:
126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma) – Doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ətraflı
Ad – 00:19
145.3 (qanunsuz azadlıqdan məhrum etmə) – Beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza) – Altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri üzrə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Qeyd edək ki, general B.Orucov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirdi. O, bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=181474