Nə qədər ərazi minalardan təmizlənib? – ANAMA AÇIQLADI

05.09.2022 - 21:26

“İşğaldan azad olunmuş torpaqlarda 50 min hektardan artıq ərazi minalardan təmizlənib. 60 mindən çox mina və partlamamış silah-sursat isə zərərsizləşdirilib”. Bunu jurnalistlərə açıqlamasında Minatəmizləmə agentliyinin sədri Vüqar Süleymanov deyib. O, ölkəmizə minatəmizləmə üçün yeni avadanlıqların da gətirildiyini diqqətə çatdırıb.

İşğaldan azad olunmuş bütün ərazilərdə minaların təmizlənməsinə ən innovativ avadanlıqlar cəlb olunub. Bunu Minatəmizləmə Agentliyinin yeni loqosunun təqdimat mərasimində ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.Onun sözlərinə görə Minalanmış ərazilərin dronlar vasitəsilə kənardan öyrənilməsi prosesi də həyata keçirilir.

Vüqar Süleymanov bildirib ki İşğal dövründə Ermənistan tərəfindən Qarabağda çoxlu sayda mina sahələri yaradılıb. Minalanmış ərazilərin təmizlənməsi üçün artıq yeni alətlərin və avadanlıqların böyük bir hissəsi ölkəmizə gətirilib. İlin sonunadək texnikaların qalan hissəsi də Azərbaycana çatdırılaq. Tədbirdə azad edilən ərazilərdə zərərsizləşdirilən minaların sayı da açıqlanıb.

ANAMA-nın sədri Laçın şəhəri, Zabux və Sus kəndlərinə sakinlərin qayıtması üçün minatəmizlə işlərinin aparıldığını bildirib.Emənistan tərəfindən təqdim olunan mina xərtələrindən danışan Vüqar Süleymanov qeyd edib ki həmin xəritələr çox aşağı səviyyədə və qeyri-peşəkar tərtib olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181513

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728