Ermənilər Qarabağda yeni yol çəkir
Qarabağda yeni Xankəndi-keçmiş Əsgəran yolunun tikintisinə başlanılıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin Telegram kanalı məlumat yayıb.
“Rusiya sülhməramlı kontingentinin hərbçiləri Rusiya bölmələrinin məsuliyyət zonasından keçən Naxçıvanik-Xankəndi yeni yolunun tikintisinin təhlükəsizliyini təmin edirlər”, – məlumatda deyilir.
Yol keçmiş Əsgəran rayonunun Naxçıvanik kəndini və ona yaxın olan digər kəndləri birbaşa Xankəndiyə birləşdirəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=181541