Samvel Babayan “Lələtəpə əməliyyatı”na görə həbs oluna bilər

06.09.2022 - 13:06

Qarabağdakı separatçıların “təhlükəsizlik şurası”nın keçmiş katibi Samvel Babayan həbs oluna bilər.

Cumhuriyyet.az xəbər verir ki, Ermənstan KİV-lərinin məlumatına görə, S.Babayanın 44 günlük müharibə zamanı həyata keçirilmiş uğursuz “Lələtəpə əməliyyatı” ilə bağlı saxlanılacağı gözlənilir.

Məlumata görə, S.Babayan mediaya açıqlamasında son həbslərdən narahat olduğunu vurğulayıb. O qeyd edib ki, Qarabağ separatçılarının “müdafiə ordusu”nun keçmiş komandiri Cəlal Arutyunyana qarşı irəli sürülən ittihamın epizodlarından biri də onunla bağlıdır:

“Mətbuatda yazılanlara görə, Cəlal Arutyunyan məlum uğursuz “Lələtəpə əməliyyatı” ilə bağlı ideyanın mənə məxsus olduğunu bildirib və bu haqda baş nazir Paşinyana təklif verib. Guya Paşinyan bu ideya nəticəsində Serj Sarkisyanın itirdiyi yüksəkliyi geri qaytara və qəhrəmana çevrilə biləcəyindən ruhlanıb”.

Xatırladaq ki, 44 günlük müharibənin gedişində ermənilər “Lələtəpə əməliyyatı” adı altında məlum yeksəkliyi tutmağa çalışsalar da, ciddi itkilər verərək geri çəkiliblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=181543

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930