Sumayıt şəhərində pulsuz psixoloji və hüquqi xidmətlər göstərilir.

08.09.2022 - 11:08

Bu gün dünyada insan alveri öz miqyasına görə silah və narkotik alverindən sonra üçüncü geniş və ən çox gəlir gətirən sahə hesab olunur.

Təcrübə göstərir ki, bir çox insan hələ də insan alverinin nə olduğunu bilmir və bu səbəbdən çox asandlıqla insan alverinin qurbanına çevrilir.

İnsan alveri ilə mübarizədə ən yaxşı vasitələrdən biri maarifləndirmə kampaniyalarının aparılması, həssas qrupa daxil olan şəxslərin ehtyaclarının düzgün qiymətləndirərək onlar üçün müxtəlif xidmətlərin təşkil olunmasıdır.

Ölkəmizdə insan alverinə qarşımübarizənin səmərəlliyini yüksəltmək məqsədilə 01.09.2022 tarixdən  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “Insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi və fərdiməlumatlandırılmasına yönəlmiş regional proqram” layihəsinin icrasına başlanmışdır.

Layihə çərçivəsində həssas qrupa və risk qrupuna daxil olan şəxslər üçü fərdi psixoloji, hüquqi, sosial xidmətlər təşkil olunacaq, insan alveri mövzusunda TV verlişlər yayımlanacaq, əhalinin müxtəlif qruplarını təmsil edən şəxslr arasında sorğulat təşkil olunacaq.

Layihə çərçivəsində həmçinin insan hüquqlarının müdafiəsi sahəsində çalışan qurumlarınnümayəndələri, praktik hüquqşünaslar, vəkillər və sosial aktiv şəxslər üçün xüsusi təlimlər təşkil ediləcək.

Layihənin imkanlarından yararlanmaq istəyən şəxslər, onun icrasında könüllü qismində iştirak etmək arzusunda olanlar bu əlaqə nömrələri ilə təşkilata müraciət edə bilərlər:

(50) 680 22 22,  (50) 300 87 88, (55) 570 86 45, (01864) 64 24827

Ünvan: Sumqayıt şəh, 1-ci mikr, bina 45b, Mərkəzi kitabxananın yanındakı hündürmərtəbəli binanın 1-ci mərtəbəsi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181619

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031