Müasir köləlik sürətlə artır – HESABAT

12.09.2022 - 22:42

BMT-nin Beynəlxalq Əmək Təşkilatı (BƏT) müasir köləliklə bağlı hesabat açıqlayıb.

 

Cumhuriyyet.az xəbər verir ki, hesabatda müasir köləliyin artdığı bildirilib.

 

Araşdırmada qeyd olunub ki, şəxsi iradəsi və razılığı olmadan işləməyə məcbur edilən və ya evlənənlərin sayı son illərdə 50 milyona yaxın artıb.

 

COVID-19 pandemiyası, silahlı münaqişə və iqlim dəyişikliyi kimi böhranlar məşğulluq və təhsildə ciddi fasilələr yaradıb, ifrat yoxsulluğu və məcburi miqrasiyanı daha da gücləndirib. 2016-cı illə müqayisədə müasir köləlikdən əziyyət çəkən insanların sayı təxminən 9,3 milyon nəfər artıb.

 

Son məlumatlara görə, 2021-ci ildə 27,6 milyon insan müasir köləliyin təsirinə məruz qalıb, bunun 3,3 milyondan çoxu uşaq əməyinin, 22 milyon nəfər isə məcburi nikahın payına düşür.

 

BƏT müəyyən edib ki, bütün məcburi əmək hallarının yarıdan çoxu orta gəlirli və ya yüksək gəlirli ölkələrdə qeydə alınıb.

 

Hesabatda noyabrda keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində miqrant işçilərin əmək hüquqlarının pozulması ilə bağlı ciddi ittihamlarla üzləşən Qətərin adı xüsusi vurğulanıb. Lakin 2018-ci ilin aprelində paytaxt Dohada BƏT-in ofisinin açılışından sonra ölkədə yüz minlərlə işçi miqrantın yaşayış və iş şəraitində “əhəmiyyətli irəliləyişlər” baş verib.

 

Bundan əlavə, hesabatda Çinin bəzi bölgələrində məcburi əməklə bağlı narahatedici məqamlara diqqət ayrılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181761

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930