Fuat Oktay Əli Əsədovla DANIŞDI

13.09.2022 - 19:38

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Cumhuriyyet.az-a verilən xəbərə görə, Türkiyənin Vitse-prezidenti Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı ölkəmizə dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib.

 

F. Oktay Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Ə. Əsədova və Azərbaycan xalqına başsağlığı verib.

 

Baş nazir başsağlığına görə Türkiyənin Vitse-prezidentinə minnətdarlığını bildirib, Azərbaycanın hər zaman Türkiyənin qardaşlıq dəstəyini hiss etdiyini vurğulayıb. Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığı diqqətə çatdırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181779

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930