Türk Dövlətləri Təşkilatı Ermənistanın təxribatını PİSLƏDİ

13.09.2022 - 21:20

Türk Dövlətləri Təşkilatının baş katibi Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədi boyunca hərbi təxribatını pisləyir və baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.

 

Qeyd olunub ki, TDT beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini bir daha təsdiqləyir, Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesinin vacibliyini xatırladır.

 

“TDT-na üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edir və Ermənistanı iki qonşu ölkə arasında əldə olun razılaşmalara əməl etməyə çağırır. Katiblik həlak olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır”,- deyə məlumatda qeyd olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181783

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728