Güləmail Muradın “Nuru Paşa dastanı”kitabının təqdimat mərasimi keçirildi

15.09.2022 - 10:13

Əziz dostlar! Dünən Qazax XİB-nin dəstəyi ilə Atatürk mərkəzində elimizin dəyərli qızı, şair- publisist, AYB-nin üzvü və əməkdaşı Güləmail Muradın “Nuru Paşa dastanı”kitabının təqdimat mərasimi keçirildi. İlk öncə son günlər cəbhədə Şəhid olan oğullarımızın əziz xatirəsi 1 dəq-lik sükutla yad edildi. Sonra mən mərasim iştirakçılarını Birliyimiz, hörmətli sədrimiz prof. İlham Pirməmmədovun adından salamlayıb, tədbiri aparmaq üçün sözü tanınmış ədəbi tənqidçi-şair Əsəd Cahangirə verdim. O, Güləmail xanımın yaradıcılığından, “Nuru Paşa dastanı”-nın məziyyətlərindən, aktuallığından çox maraqlı və ətraflı məlumatlar verdi. Daha sonra ədəbiyyatşünas-alim Məti Osmanoğlu, AMEA-nın professoru Salidə Səfərova, AMEA-nın Ədəbiyyat institutunun əməkdaşı, filologiya elmləri doktoru Xuraman Hümmətova, ADPU-nin dosenti Yeganə Qəhrəmanova, Vətən Müharibəsi Veteranları Birliyinin müşaviri Nəsibə İsrafilova, Elm və Təhsil qəzetinin redaktor müavini Xanım xanım, Az.Tv-nin əməkdaşı Ötərxan Eltac və başqaları Güləmail Muradın çoxşaxəli yaradıcılığından,insanlığından, vətənpərvərliyindən, geniş ictimai fəaliyyətindən, bu gün “Nuru Paşa dastanı”-nın xalqımız, gənclərimiz üçün nə qədər vacib və dəyərli töhvə olduğundan ağızdolusu danışdılar. Əsəd Cahangir dastandan müəyyən hissələrə diqqəti yönəltdi. Məclisdə Birlimizin üzvləri Səbinə Yusif öz azyaşlı övladları ilə, Qafar Sarıvəlli, Vəli Xramçaylı, Rüstəm Kamal, Elbrus Qəmgin, Rəşid Vəkil, Amil müəllim və tanımadığım xeyli sayda insanlar iştirak etdilər. Sonda söz səbəbkarın özünə verildi, Güləmail xanım bir neçə şeirini oxuyub hamıya, xüsusilə Birliyimizin sədri İlham müəllimə öz təşəkkürünü bildirdi. Mən də sonda ev sahibi kimi qonaqlara iştirakçılara minnətdarlığımı bildirib, Güləmail xanıma yeni yaradıcılıq uğurları arzuladım.Məclis çox yüksək səviyyədə sona çatdı.
Bu tədbirdən sonra mən, Vəli Xramçaylı, Səbinəmiz, Elbrus Qəmgin, Rəşid Vəkil Birliyimiz adından hərbi qospitalda yatan qazimiz mayor İskəndər Mustafayevi ziyarət elədik, özünə, yanında olan anasına, hərbçi qardaşına təsəlli və ürək-dirək verdik, onlar da bütün Birliyimizə, İlham müəllimə minnətdarlıqlarını bildirdilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181926

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728