Deputat Ancelina Coliyə bənzədilməsi iddiasına aydınlıq gətirdi

19.09.2022 - 22:49

Deputat Fatma Yıldırım haqqında yayılan iddialara aydınlıq gətirib.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Modern.az-a danışan deputat bildirib ki, ötən gündən sosial şəbəkələrdə onun adından həqiqəti əks etdirməyən, feyk xəbərlər paylaşılır.

 

“Diqqətinizə çatdırmaq istəyirəm ki, şəxsim mövzusunda heç bir jurnalistə müsahibə verməmişəm. Adımdan heç bir mənbəyə əsaslanmayan və sosial şəbəkələrdə paylaşılan böhtan xarakterli məlumatlar tamamilə yalandır! Bu gün başlıca hədəfimiz Ermənistanın təxribatçı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaq, düşmənin törətdiyi təxribatların qarşısını alarkən canlarını qurban vermiş şəhidlərimizin ailələrinin və yaralılarımızın yanında olmaq, ən əsası isə dövlətçiliyimizin keşiyində dayanmaqdır!”, – deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, sosial şəbəkələrdə deputatın adından yayılan sitatda onun guya məşhur aktrisa Ancelina Coliyə bənzədilməsi haqda fikirlər yer alıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182154

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728