“Heç kim bizə yardım etmir, çox pis vəziyyətdə yaşayırıq” – Zəngəzurdakı ermənilər

20.09.2022 - 12:21

Ermənistanın “1in TV” internet kanalı Sünik vilayətinin (Zəngəzur) Bayandur kəndində yaşayan ermənilərlə bağlı reportaj hazırlayıb.

 

Cumhuriyyet.az xəbər verir ki, ötən həftə sərhəddə baş vermiş silahlı toqquşmalardan sonra təşvişə düşən ermənilər yerli qurumlar tərəfindən onlara diqqət göstərilmədiyini bildiriblər.

 

Onlar bölgədə qaz və elektrik təchizatında problemlərin olduğunu, çətin durumla üzləşdiklərini söyləyiblər. Bununla belə erməni sakinlər Zəngəzuru tərk etmək istəmədiklərini vurğulayıblar.

 

 

“Sərhəddə yenidən gərginlik yaransa da kəndi əsla tərk etməyəcəyik”, – ermənilərdən biri deyib.

 

Jurnalistin suallarını cavablandıran sakinlər onsuz da getməyə yerlərinin olmadığını qeyd ediblər. Onlar düşünür ki, İrəvana köçmək mənasızdır.

 

Bundan əlavə, hökumətin sərhəd bölgələrdə yaşayan vətəndaşlara laqeyd münasibət bəslədiyi, təhlükəsizlik tədbirlərinin lazımınca görülmədiyi diqqətə çatdırılıb.

 

 

Bəzi sakinlər silahla təminat və sığınacaqların yaradılmamasından şikayətləniblər. Bununla belə, onlar tezliklə sülhün əldə olunmasını istədiklərini deyiblər.

 

“Çox pis vəziyyətdə yaşayırıq. Gecəni sığınacaqlarda keçiririk, evlərimizdə qalmağa qorxuruq. Qadın və uşaqların əksəriyyəti kənddən çıxıb. Ermənistan hökuməti sərhəd bölgələrdə yerləşən kəndlərdən bixəbərdir. Bura heç kim yardım göndərmir, gərginlik və ehtiyac içində yaşayırıq”, -deyə ermənilər İrəvan hakimiyyətinə etiraz ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182164

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031