Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO

21.09.2022 - 12:07


Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Müdafiə Nazirliyinin maddi-texniki təminat üzrə nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Cumhuriyyet.az-a verilən məlumata görə, general-leytenant N.Osmanov qonaqları salamlayaraq Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi vurğulayıb.

Ölkəmizə səfərdən məmnunluğunu ifadə edən qonaqlar Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib.

Görüşdə ölkələrimiz arasında maddi-texniki təminat sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlər müzakirə olunub.

Sonda nümayəndə heyəti Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarı, eləcə də tank təmiri zavodunu ziyarət edərək burada görülən işlərlə tanış olublar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182235

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031