“Peşə seçimində özünü kəşf et” layihəsinin təqdimatı keçirilib

24.09.2022 - 14:34

24 sentyabr 2022-ci il tarixində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeçiliyində olan Agstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində icra edilən “Peşə seçimində özünü kəşf et ” adlı layihənin təqdimatı mərasimi keçirilib.
“Peşə seçimində özünü kəşf et ” adlı layihə çərçivəsində təşkil olunmuş tədbirdə Ağstafa rayonu Gənclər və idman idarəsinin rəisi Əziz Məsmaliyev,məktəbin direktor və müəllimləri,Ağstafa rayon sektorunun numayəndələri ,layihə rəhbəri Şəfəq Heydərli, təlimçilər Kəbirə Eminova, Vüsalə Babayeva və layihə iştirakçıları olan şagirdlər iştirak etdilər
Layihə rəhbəri və təlimçilər layihə haqqında genis məlumat verdilər.Sagirdlər və qonaqlar üçün videoslayd təqdim olundu.Çıxış edən qonaqlar layihənin əhəmiyyətindən,aktuallığından və şagirdlər üçün vacibliyindən danışdılar. Ağstafa rayonu Gənclər və idman idarəsinin rəisi Əziz Məsmaliyev layihənin əhəmiyyətinin nəinki şagirdlər üçün,eyni zamanda bütün gənclər üçün böyük olduğunu vurguladı.
Sonda təqdimat iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182535

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930