“Diaspor haqqında” yeni qanun layihəsi HAZIRDIR

27.09.2022 - 12:11

“Diaspor haqqında” yeni qanun layihəsi üzərində işlər demək olar ki, tamamlanıb”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Onun sözlərinə görə, qanun layihəsi aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.

“Qanunda diaspor təşkilatlarının hüquqi tənzimlənməsi ilə bağlı məsələ yer alacaq. Biz istəyirik ki, Azərbaycan Evlərinin fəaliyyəti də qanunla tənzimlənsin”, – deyə Komitə sədri vurğulayıb.

Fuad Muradov, həmçinin qeyd edib ki, sözügedən qanun layihəsində Vətənə gələn diaspor nümayəndələri ilə bağlı bəzi prosedurların asanlaşdırılması nəzərdə tutulub. Bununla əlaqədar hazırda Dövlət Miqrasiya Xidməti ilə müzakirələr aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182668

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930