PA rəsmisi: “Özümüzü xarici amillərdən qorumalıyıq”

28.09.2022 - 11:27

44 günlük Vətən müharibəsi tariximizə şanlı Zəfər kimi yazıldı. Biz bununla tarixi ədaləti bərpa etdik. Vətən uğrunda canlarından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda deyib.

S.Yusifova bildirib ki, hazırda dünyada gərgin proseslər baş verir, problemlər meydana çıxır. Bu kontekstdə beyin mərkəzləri fəaliyyətini artırır.

“Beyin mərkəzlərinin dövlətçiliyin idarə olunması, dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır. Onlar həm də qlobal siyasi oyunçulara çevrilir. Hadisələr göstərir ki, gərgin, qlobal problemlər fonunda sabit qalan məsələ milli maraqlardır. Dünya dəyişir və biz özümüzü xarici amillərdən qorumalıyıq. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ədalət gücə əsaslanır”, – deyə PA rəsmisi vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182693

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930