“Ən böyük reketlər ciddi mətbuat subyektlərində oturublar” – Natiq Məmmədli

30.09.2022 - 15:59

“Reket elementləri ilə peşəkarcasına məşğul olanların əksəriyyəti bizim ciddi media subyektlərində oturublar”.

Cumhuriyyet.az-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli İctimai TV-nin efirində deyib.

O bildirib ki, reket jurnalistlərlə bağlı mübarizədə nəticə əldə etmək problemin kökünü axtarmalıyıq:

“Reket mətbuat, şantajçılar hər zaman kimlərinsə işinə yarayır. Bunun kökünü mətbuatda deyil, başqa yerdə axtarmalıyıq. Reket jurnalistikaya qarşı mübarizə aparmaq bizim peşəmizin gələcəyi ilə bağlı məsələdir. Mübarizəni qanun müstəvisində necə aparırıq? Məsələn, “Media haqqında” Qanunda da, Agentliyin keçirdiyi müsabiqələrdə də göstərildiyi kimi, mediaya bütün ödənişlər, jurnalistlərin gəliri şəffaf olmalıdır. Əgər media dövlətin güzəşt və imtiyazlarından faydalanmaq istəyirsə, gəlirləri şəffaf olmalıdır. Mediaya qeyri-rəsmi ödənişin hər bir qəpiyi media etikasına, Azərbaycan dövlətinin və ictimaiyyətinin maraqlarına qarşı işləyir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182969

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930