“Heydər Əliyev Fondunun töhfəsini heç vaxt unutmuruq” – Bolqarıstan lideri

30.09.2022 - 20:30

“Mədəniyyət sahəsinə gəldikdə, biz Heydər Əliyev Fondunun töhfəsini heç vaxt unutmuruq. Bizim mədəni irsimizin mühafizə edilməsi, qorunması sahəsində tarixi paytaxtımız olan Veliko Tırnovoda reallaşdırılan layihədən söhbət gedir”.

 

Cumhuriyyet.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

 

“Biz Prezident Əliyevlə müzakirə etdik ki, işçi səviyyədə də təmaslar daha fəal olsun. Çünki çoxsaylı imkanlarımız var və biz burada daha operativ olmalıyıq, bir yerdə çalışmalıyıq, bir yerdə düşünməliyik. Geosiyasi, regional vəziyyət nəzərdən keçirilib. Biz mövcud vəziyyəti nəzərə alaraq daha çevik qərarlar qəbul etməliyik ki, bu, bizim xalqlarımızın, ölkələrimizin mənafeyinə uyğun olsun. Biz SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması məsələsini də müzakirə etdik. Hesab edirəm ki, bu da bizim səmərəli əməkdaşlığımızın əlaməti ola bilər”, – Bolqarıstan Prezidenti vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182998

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930