Sabiq rəis vətəndaşı 5500 manata FHN-də “işə düzəldirmiş”

03.10.2022 - 15:52

Fövqaladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə növbəsinin sabiq rəisi İnşallah Nəbiyevin həmin vəzifədə işlədiyi dövrdə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi barədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Şirvan şəhər prokurorluğundan Cumhuriyyet.az-a bildirilib ki, araşdırmalarla İnşallah Nəbiyev Salyan rayonun Xalac kənd sakinindən sonuncunun oğlunu Fövqaladə Hallar Nazirliyində işə düzələdəcəyini yalandan vəd verərək 3 min 500 manat məbləğində pul vəsaitini alaraq ələ keçirib.

Bundan sonra cinayət əməlini davam etdirərək oğlunun xidmət yerinin dəyişdirilməsinə köməklik edəcəyini yalandan vəd edərək həmin şəxsdən 2 min manat məbləğində pul vəsaitini almaqla ümumilikdə onun 5 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədilməsi) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183132

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930