“Siyasi partiyalar haqqında” qanun bu sessiyada qəbul olunacaq

04.10.2022 - 20:14

Milli Məclisin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planına “Siyasi partiyalar haqqında” qanun layihəsi də daxil edilib.

Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı parlamentin rəsmi saytında məlumat qeyd edilib. Qanun layihəsinin daxil edilməsi ilə qanunvericilik işləri planında yer alan məsələlərin sayı 11-ə çatıb.

Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi tərəfindən tərtib edilən “Siyasi partiyalar haqqında” qanun layihəsi əsasən, İctimai birliklər və dini qurumlar komitəsi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi haqqında sentyabrın 28-də keçirilməsi nəzərdə tutulsa da, parlamentə daxil olan təkliflərin çoxluğu nəzərə alınaraq, bu tarix təxirə salınmışdı. Bildirilib ki, prosesin gedişi haqqında əlavə məlumat veriləcək.

2022-ci il payız sessiyasının qanunvericilik işləri planının tam siyahısını təqdim edirik:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri

2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri

4. “Siyasi partiyalar haqqında” qanun layihəsi

5. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi

6. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi

7. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi

8. “Dövlət–özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi

9. “Ali təhsil haqqında” qanun layihəsi

10. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi

11. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183249

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930