İcra başçısı haqqında xəbər saytlarında və sosial şəbəkədə yer alan fikirlər həqiqəti əks etdirmir

06.10.2022 - 13:48

05.10.2022-ci il tarixdə 32gun.az və Turantv.az xəbər saytlarında dərc edilən “İcra başçısı Rəcəb Babaşov iclasda qadınların içərisində “var-yox” söyüşü söydü” sərlövhəli yazıda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov haqqında qeyd edilənlər həqiqəti əks etdirmir.

Yazıda adı çəkilən Qazax Rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əsədov Ramiz Məsi oğlu 08.06.2022-ci il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

İclasda icra başçısının R.Əsədovun ünvanına nalayiq və təhqiramiz ifadələr səsləndirməsi, xüsusilə də qadınların yanında söyüşlü ifadələrdən istifadə etməsi barədə fikirlər isə həqiqətə uyğun deyil. Bu kimi yalan məlumatların yayılmasının əsas məqsədi cəmiyyəti çaşdırmaq, eyni zamanda şəxsi məqsədlər güdməklə sensasiya məlumat yaymaq kimi xarakter daşıyır.

Onu da qeyd edək ki, keçirilən bütün səyyar görüşlərdə hər kəsin yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına, dövlətimiz tərəfindən erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərə, bu sahədə aparılan mübarizə tədbirlərinə dəstək göstərməli olduğu diqqətə çatdırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183370

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728