Mədəni İnkişafın Təbliği” ictimai birliyi “Ürəyimdə sözüm var: şeir qiraəti müsabiqəsi” keçirib

08.10.2022 - 17:04

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində “Mədəni İnkişafın Təbliği” İctimai birliyi tərəfindən məktəblilər arasında “Ürəyimdə sözüm var: şeir qiraəti müsabiqəsi” keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtının səmərəli təşkili, qiraətlərinin formalaşdırılması, onlarda vətənpərvərlik ruhunun artırılmasıdır.
Öncədən mətbuatda verilən elana əsasən Sumqayıt şəhərinin bir sıra məktəblərindən qatılan şagirdlərinin iştirakı ilə oktyabrın 7-də Sumqayıt Poeziya Evində keçirilən müsabiqədə həmçinin, tanınmış şairlər, ziyalılar və digər nüfuzlu ictimaiyyət nümayəndələri də iştirak etmişlər. Şuşa, Qarabağ haqqında yazılmış şeirlərin səslədirildiyi qiraət müsabiqəsi münsiflər heyəti tərəfindən qiymətləndirilib, sonra qaliblər I, II, III və həvəsləndirici yerlər olmaqla, diplomlarla təltif olunublar.
Müsabiqədə səsləndirilən şeirlərin bir kitabda toplanması, şeir almanaxı şəklində çap olunaraq kitabxanalara paylanılması nəzərdə tutulur.

“Mədəni İnkişafın Təbliği” İctimai birliyinin
mətbuat xidmətinin məlumatı

Short URL: http://www.cumhuriyyet.net/?p=183460

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930