Qazaxlı gənclər Vətən müharibəsi qaziləri ilə görüşüb

12.10.2022 - 10:57

Oktyabrın 11-də Qazax Rayon Gənclər və İdman İdarəsi, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatı və Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi qaziləri ilə gənclərin görüşü keçirilib.
Qazax Gənclər evində təşkil olunmuş görüşdə ümumilikdə 71 nəfər iştirak edib.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyətindən danışıb. V.Nəbiyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə 27 sentyabr 2020-ci ildə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. İkinci Qarabağ müharibəsi 30 ilə yaxın gözlədiyimiz tarixi ədaləti bərpa etdi. Beləcə, 27 sentyabrda tarixə İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, “Dəmir yumruq əməliyyatı” adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başlamış oldu. Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Müəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı.
Sonra Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, II dərəcəli Vətən müharibəsi əlili, mayor Xəyyam Əliyev, III dərəcəli Vətən müharibəsi əlili Famil Yusubov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Vətən müharibəsi iştirakçısı, Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Qılınc Cəfərov, Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Allahverdi Süleymanov və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Ayşə Qasımova çıxış edərək qeyd ediblər ki, 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü göstərərək ölkəmizin qələbəsi ilə başa çatmışdır.
Tədbirin sonunda 44 günlük Vətən müharibəsi şəhidi gizir Xəyal Şəkərov haqqında “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə çəkilmiş sənədli film nümayiş etdirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183575

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031