Sumqayıtda insan alveri mövzusunda həyata keçirdilən layihə uğurla davam edir

12.10.2022 - 16:12

Bu ilin sentyabr ayından etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “Insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi və fərdi məlumatlandırılmasına yönəlmiş regional proqram” layihəsinin icrasına başlanılmışdır.

Layihənin əsas məqsədi Sumqayıt şəhəri və ona yaxın  əhali arasında insan alveri barədə maarifləndirmə kampaniyalarının təşkili həmçinin, həssas qrupa daxil olan şəxslərə hüquqi və psixoloji dəstəyin göstərilməsidir.

Layihə başlanan müddətdən etibarən insan alveri, məcburi əmək və onlara səbəb olan amillər barədə maarifləndirmə proqramları hazırlanmış, məqalələr dərc edilmişdir.

Layihə çərçivəsində  Dünya TV telekanalında  insan alveri ilə mübarizəmövzusunu əhatə edən 2 televiziya verlişi nümayiş olunmuşdur. Televiziya verlişlərində ekspert qismində tanınmış Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri və bu sahədə çalışan psixoloqlar çıxış etmişlər. Verlişlər 2 saat canlı olaraq nümayiş  etdirilmişdir. Tamaşaçıları maraqlandıran hər bir sual ekpertlər tərəfindən cavablandırılmışdır.

Layihə çərçivəsində Sumqayıt şəhər orta məktəblərdə yuxarı sinif şagirdləri ilə insan alveri mövzusunda maarifləndirici tədbirlər  keçirilmişdir.

Layihə başlanan müddətdən 58 nəfər şəxsə hüquqi yardım göstərilmişdir. Hüquqi xidmət üçün müraciətlər əsasən miqrasiya, mülki məsələ, aliment, məişət zorakılığı və digər mövzularda olmuşdur.

Layihə başlanan müddətdən 19 nəfər psixoloji yardım üçün müraciət etmişdir. Onların hər biri davamlı psixoloji konsultasiyalara cəlb olunmuşlar.

“Etimad telefonu” vasitəsi ilə 42nəfər şəxsəvə onların ailə üzvlərinə ilkin hüquqi, psixoloji, sosial yardımlar göstərilmişdir.Layihə çərçivəsində həmçinin insan alverinə şərait yaradan amillərin öyrənilməsinə və bu amillərin arada qaldırılması yollarının müəyyən edilməsinə yönəlmiş sorğular təşkil olunur. Bu sorğular sosial şəbəkələr, KİV-lər vasitəsi ilə elektron formada və həmçinin anket forması vasitəsilə əhali arasında keçirdilir .

Qeyd edək ki, layihə müddətində davamlı olaraq insan alveri, əməyin istismarı mövzularını əhatə edəcək  təlimlərin, dəirmi masaların təşkil olnuması , TV proqramların hazırlanması nəzərdə tutulub.

Hər keçirdilən tədbirlər barəsində öncədən KİV-də məlumatlar paylaşılır. 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183583

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930