Mover.az müştəriləri niyə narazı salır – FOTO
Müştərilərinə və qurum kimi öz adına hörmət etməyən yerli şirkətlərin “Top-10″u yaradılarsa, Mover.az “zirvədən” düşməz.
Mediaxeberleri.az xəbər verir ki, bunu Elmar Ame adlı sosial şəbəkə istifadəçisi özünün rəsmi hesabında yazıb.
Onun sözlərinə görə, 5 gündən artıqdır ki, (başqa sözlə, 120 saatdan çox) Bakıda çeşidləmədə olan bağlamalarını Şirkət rayona göndərə bilmir. Halbuki bunu 72 saat ərzində icra etməli idilər. Həm ən baha “xidmət” göstərir, həm əlverişsiz yerdə təhvil məntəqəsi var, həm də etməli olduğu yeganə işi – çatdırılmanı etmir. Kif basmış təhvil məntəqəsi də ayrı mövzudur. Başdan-ayağa rəzalətdirlər.
Əvvəllər alternativsizlikdən bunları seçmişdim, hazırda rayonda çatdırılma xidməti göstərən başqa şirkət də var. Bundan sonra “mover”ə tövbəliyəm. Sizə də məsləhət görmürəm, yazaraq fikirlərini tamamlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=183912