Tələbələr üçün insan alveri mövzusunda təlim keçirildi.

24.10.2022 - 19:48

İnsan alveri cinayəti 21-ci əsrdə əksər dünya ölkələrində müasir mütəşəkkil cinayətkar qruplar tərəfindən ənmüxtəlif formalarda həyata keçirilən və maddi gəlir əldə etmək məqsədilə törədilən ağır cinayətlərdən biridir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “İnsan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi və fərdi məlumatlandırılmasına yönəlmiş regional proqram” layihəsi çərçivəsində təlim keçilirmişdir.

Təlimi açılış sözü layihənin rəhbəri Zenfira Mustafayeva açaraq iştirakçılara layihə barədə məlumat verdi.

Təlimin keçirilməsində əsas məqsəd tələbələrə insan alveri və insan alveri qurbanlarına hüquqi yardım göstərilməsi barədə geniş məlumat verməkdir.

Gənc tələbələr üçün təşkil olunan təlimdə insan alverinin formaları, cəlbetmə üsulları, insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının və QHT-lərin rolu barədə məlumat verilmişdir.

Təlimdə ekspert qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Fariz Namazlı və bu sahədə təlimçi qismində fəaliyyət göstərən Günel Ələkbərova çıxış etdilər.

Təlimdə  iştirak edən Bakı Dövlət Universitetinin SABAH hüquq fakultəsinin tələbələri və Sumqayıt Dövlət Universitetinin tələbələri təlimin sonunda sertifikatlar ilə təltif olundular.

 

 

 

 

 

 

 

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184081

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930