Sumqayıt şəhərində erkən nigahlar mövzusunda tədbir keçirildi

01.11.2022 - 16:07

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “Insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi və fərdi məlumatlandırılmasına yönəlmiş regional proqram” layihəsiçərçivəsində “İnsan alverinə yol açan vasitələr, ekən nigahlar və onun fəsadları” mövzusunda tədbir təşkil olunmuşdur.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədi ilə yaradılan monitorinq qrupunun sədri Ülviyyə Müzəffərova, Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzinin rəhbəri Təranə Rəcəbli, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin rəhbəri Səkinə Sadıqova, Regional Təhsil İdarəsində metodkabinetin rəhbəri Gülbahar Haqverdiyeva, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva çıxış etdilər.

Tədbirdə iştirakçı qismində təhsil, səhiyyə işçiləri və ictimai aktiv şəxslər iştirak etdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184243

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031