YAP – Vətənə xidmət nümunəsi

13.11.2022 - 17:23

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması, ilk növbədə, sosial sifariş idi. YAP yeni sistemə nəfəs gətirən mükəmməl bir təşkilat olaraq  ölkəmizin inkişafında və ictimai-siyasi həyatında danılmaz  xidmətləri olan bir partiyadır. Məhz bu nöqteyi-nəzərdən dünənin, bugünün və gələcəyin təminatçısı kimi YAP əbəs yerə xilaskarlıq partiyası adlandırılmır.

Xatırladım ki, 1992-ci ildə ölkəmizin bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət edərək, onu yenidən siyasi meydanda görmək arzusunu ifadə etdi. Həmin il noyabrın 21-də Naxçıvanda  ulu öndər Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında YAP-ın yaradılması elan olundu. Xalqımızın dahi oğlu Heydər Əliyevin sədr seçildiyi YAP 1992-ci il dekabrın 18-də  dövlət qeydiyyatına alındı.

YAP-ın yaradılması ilə ölkənin siyasi sistemində müsbətə doğru ciddi dəyişikliklər ilk vaxtlardan nəzərə çarpdı. Bu partiya qısa zaman ərzində  ətrafında milli ideyalar uğrunda mübarizə aparan ziyalıların sıx birləşməsinə səbəb oldu. Yenicə müstəqillik qazanmış, nə idarəçilik, nə də siyasi səriştəsi olmayan siyasətçilərin qurbanına çevrilən bir respublika üçün bu, olduqca vacib idi.

Beləliklə, müstəqilliyə ikinci dəfə qovuşmuş ölkəmizin həyatına YAP, necə deyərlər, Günəş kimi doğdu. Onun xalqımızın yoluna saldığı parlaq işıq Azərbaycanın gələcəyini aydınlığa çıxardı. Həmin dövrdə respublikada baş verən xaos, siyasi böhran ölkəni uçuruma doğru aparırdı. Digər tərəfdən, dövlət əleyhinə işləyən, müstəqilliyimizə düşmən kəsilən daxili və xarici qüvvələrin pozucu fəaliyyəti ilə Azərbaycan məqsədli şəkildə miskin duruma salınmışdı. Hakimiyyətin apardığı bərbad siyasət nəticəsində ölkəni separatizm alovu burümüş, respublika  faktiki olaraq dağılmaq təhlükəsinin astanasında idi.

Qeyd olunanlarla yanaşı, vahid komandanlığın olmaması müharibə aparan ölkəni  arzuolunmaz vəziyyətlə üzləşdirmiş, cəbhə xəttində ugursuzluğa düçar etmişdi. Belə bir ağır şəraitdə xalqın yeganə ümidi dahi Heydər Əliyev idi.

Hamı düşünürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız dahi şəxsiyyət çıxara bilər. Ona görə də xalqın təkidi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Qısa zaman ərzində ulu öndərin müdrik siyasəti, tarixi qərarları ilə Azərbaycan bu təhlükəli vəziyyətdən qurtuldu. Sabitlik bərqarar oldu, ölkənin daxili və xarici siyasət kursu dəyişdi, Azərbaycan nəhəng iqtisadi layihələri ilə dünyanın diqqət mərləzinə düşdü.

Son 30 ildə YAP-ın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə davamlı sosial-iqtisadi inkişafa nail olundu. Azərbaycanı yeni inkişaf yoluna qədəm qoydu. Bütün bunların təməlində isə partiyanın vahid idarəçilik strategiyası və zəngin dövlətçilik təcrübəsi dayanırdı.

Bundan başqa YAP ərazi təşkilatları və onların rəhbərləri də bu illər ərzində qarşıya qoyulan vəzifələri uğurla icra etmiş, Azərbaycan dövlətinin həyata keçirdiyi layihələrin yerlərdə icrasına lazımi dəstək göstərmişlər.

Hazırda Azərbaycan dövlətinin müxtəlif vəzifə iyerarxiyasında YAP sıralarında yetişmiş və geniş dövlət idarəçiliyi təcrübəsi qazanmış gənc nəslin nümayəndələri təmsil olunurlar. Bu baxımdan YAP həm də zamanla yeniləşən gəncliyin partiyasıdır.

YAP yalnız dağılmaqda olan ölkəni xilas edən siyasi təşkilat kimi yox, eyni zamanda, dövlətin ərazi bütövlüyünü gerçəkləşdirən, sosial-iqtisadi inkişafı formalaşdıran siyasi komanda kimi müasir tariximizdir.

Bu partiya özünün seçki nəticələri ilə təkcə regionun deyil, bütövlükdə yaxın siyasi tarixin bütün partiyaları ilə rəqabətdə üstün mövqe tutan siyasi güc mərkəzidir.

Bu gün Azərbaycanın  dövlət kimi qazandığı uğurların başlanğıcı məhz 30 il əvvəl YAP-ın yaranması ilə qoyulub. Bu müddətdə xalqın mütləq əksəriyyətinin  etimadını qazanan YAP idarəçilikdə də yüksək nailiyyətlər əldə edib.

Ümummilli liderin xilaskar lider kimi dövlətin başına keçməsi ilə başlanan qurtuluş yolu hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəflə davam etdirilir.

Beləliklə, 30 il əvvəl Naxçıvanda yaranması elan edilən YAP adını bir ölkənin, bir xalqın tarixinə qızıl hərflərlə yazdı və sözün əsl mənasında, bütün dünyada müasir, güclü və qalib partiya kimi böyük nüfuz qazandı. 30 illik yubiley tədbirinə hazırlaşan və qurucu fəalliyəti ilə ölkəmizin inkişafına misilsiz töhfələr verərık bizi qüdrətli edən, Vətənə xidnət nümunəsi kimi YAP hər birmizin istinad, inam ünvanıdır. Birliyimiz əbədi, bayramınız mübarək olsun!

Emin BAĞIROV,

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184756

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930