İcra başçısı “Saloğlu” və “Venzana” mebel fabriklərində istehsal prosesi ilə tanış olub

25.11.2022 - 08:06

Bu gün əminliklə qeyd edə bilərik ki, Azərbaycanda ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması, ətraf rayonlarda məşğulluğun tam təmin olunması istiqamətində məqsədyönlü addımlar atılır, genişmiqyaslı layihələr reallaşdırılır. Ölkə Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq respublikamızın bütün bölgələrində böyük sənaye parklarının yaradılması, fabriklərin inşa olunması bu sahədə görülən işlərin bariz nümunəsidir.

 

Qazax rayonunda 2000-ci ildən fəaliyyət göstərən “Saloğlu” mebel fabriki bu gün nəinki respublikamızda, hətta, ölkə hüdudlarından kənarda belə tanınır. Fabrik Qərb bölgəsinin ən böyük rəqabətli müəssisələrindən biri olmaqla yanaşı, istehsal etdiyi məhsullar da alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün “Saloğlu” fərdi firması 22 illik fəaliyyəti dövründə yerli mebel istehsalı sahəsində öz sözünü deməklə bərabər, xarici bazarda da “Made in Azerbaijan” brendini layiqincə təmsil edir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na qoşulan “Saloğlu” mebel fabriki böyük kollektivlə, respublikamızın Qərb bölgəsində, Qazax rayonunda yerləşməklə ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir.

 

2004 və 2016-cı illərdə Prezident İlham Əliyevin fabrikə ziyarətləri zamanı verdiyi tövsiyə və tapşırıqlardan ruhlanan müəssisə hədəflərini daha da böyüdərək, 2500-ə yaxın yeni iş yerlərinin açılması istiqamətində bir neçə yeni istehsal fabriklərinin tikintisini reallaşdırır. Belə ki, 2016-cı ildə ölkə Prezidenti İlham Əliyevin təməlini atdığı “Venzana” layihəsinin tikintisi uğurla icra olunub. “Venzana” layihəsi təkcə böyük bir fabrikin ərsəyə gəlməsi demək deyil. Eyni zamanda bölgədə işsizliyin aradan qaldırılmasında reallaşdırılan ən uğurlu layihələrdən biridir. Bu gün bu layihənin gerçəkləşməsi həm ölkə iqtisadiyyatının güclənməsi, həm də əhalinin maddi rifah halının yaxşılaşması deməkdir.

 

Noyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov “Saloğlu” və “Venzana” mebel fabriklərində istehsal prosesi ilə tanış olublar. İcra başçısı fabrikdə çalışan işçilərlə səmimi söhbət edərək onlara işlərində uğurlar arzulayıb.

 

“Saloğlu” mebel firmasının təsisçisi Tacəddin Mustafayev hər iki fabrikdə istehsal olunan mebellər, istehsal prosesi, istifadə olunan avadanlıqlar barədə ətraflı məlumat verib. Bildirib ki, yeni inşa edilən fabrik fəaliyyətə başladıqdan sonra idxaldan asılılığı azaldacaq, əlavə vəsait xərclənməsinin qarşısını alacaq, ən əsası da əhalinin məşğulluğunu artıracaq. Eyni zamanda əsas hədəflərdən biri də məhsul istehsalını artırmaq və daxili bazarı gücləndirməkdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185728

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031