Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

01.12.2022 - 17:35

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.

Cumhuriyyet.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi arabir 15-17 ms/-dək güclənəcək.

Havanın temperaturu 2-3° aşağı enərək, 5-8° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 02-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi arabir 15-17 ms/-dək güclənəcək.

Havanın temperaturu 2-3° aşağı enərək, aran rayonlarında 7-12° isti, dağlıq rayonlarda 0-5° şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185944

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031