Səməd Vurğunun Ev Muzeyinə yeni direktor təyin olunub

09.12.2022 - 09:49

Bu gün çox önəmli və sevindirici bir xəbər aldıq. Xalq şairi Səməd Vurğunun Ev Muzeyinə yeni direktor təyin olunub.

Mediaxeberleri.Az xəbər verir ki, 6 oktyabr 1975-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Səməd Vurğunun Ev Muzeyinin təntənəli açılışı olmuşdur. Dahi şairin özünə və ailə üzvlərinə aid Ev muzeyində eksponatların ümumi sayı 16000-dən artıqdır.

Ev Muzeyinin ilk direktoru ölməz şairin ömür-gün yoldaşı Xavər xanım Vəkilova (1975-2006) olmuşdur, Xavər xanım dünyasını dəyişdikdən sonra Ev muzeyinə şairin qızı Aybəniz xanım Vəkilova (2006-2009) rəhbərlik etmişdir, Aybəniz xanım dünyadan köçdükdən sonra isə Ev muzeyinə böyük Səməd Vurğunun nəvəsi Aygün xanım Vəkilova (2009- 2015) direktorluq etmişdir. Lakin amansız ölüm Aygün xanımı aramızdan tez apardı, onun dahi Səməd Vurğunla və Ev muzeyi ilə bağlı çoxlu sayda arzuları var idi.

Aygün xanımın vəfatından sonra 2015-ci ildən bu yana Ev muzeyinə Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım Vəkilova rəhbərlik etmişdir. Nüşabə xanım da Vəkilovlar soyunun görkəmli nümayəndələrinin təbliği istiqamətində böyük işlər görmüşdür. Həmişə “Qazax” Xeyriyyə İctimai Birliyi ilə Səməd Vurğunun Ev Muzeyi arasında gözəl bir əlaqələr yaradırdı.

Bu gün isə Mədəniyyət nazirinin əmrinə müvafiq olaraq Vurğun Mehman oğlu Vəkilov Xalq şairi Səməd Vurğunun Ev Muzeyinə yeni direktor təyin olunub. Vurğun Vəkilov dahi şairin nəticəsi, Aygün xanımın oğlu, Aybəniz xanımın nəvəsidir.

Yeni təyinat münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri professor İlham Pirməmmədov Birliyin üzvləri adından Vurğun Vəkilovu və atası Mehman müəllimi ürəkdən təbrik edir. Bildiririk ki, Vurğunun üzərinə götürdüyü bu məsuliyyətli və ağır işdə İctimai Birlik olaraq hər zaman bütün işlərdə onun yanındayıq və dahi Vurğun ocağının odunun gur yanmasını arzu edirik.

Azərbaycan ədəbiyyatında silinməz izləri olan ölməz Səməd Vurğuna Tanrıdan qəni-qəni rəhmətlər diləyirik!

“Qazax” Xeyriyyə İctimai Birliyinin Mətbuat Xidməti

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186229

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930