Malın gömrük dəyərinin müəyyən edilməsi proseduru sadələşdirilir

13.12.2022 - 12:17

Malın gömrük dəyərinin müəyyən edilməsi proseduru sadələşdirilir.

Cumhuriyyet.az xəıbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Qeyd edilib ki, malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Gömrük dəyərinin müəyyən edilməsi sahəsində vahid praktikanın formalaşması, bu sahədə sui-istifadə və neqativ halların qarşısının alınması məqsədilə bu qanuna uyğun olaraq gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar təsdiq ediləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=186345

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930