İcra başçısı xəstəxanada müalicə alan şəhid anasını və qaziləri ziyarət edib

19.12.2022 - 12:50

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün sonra əldə etdiyimiz şanlı Zəfərlə Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Ali Baş Komandanın elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarını əldə rəhbər tutan neçə-neçə qəhrəman oğullarımız müqəddəs Vətən torpağı uğrunda canlarından keçməkdən bir an olsun belə çəkinmədilər. 44 günlük haqq savaşında şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına, əlillərinə diqqət ayırmaq, qayğı göstərmək vətəndaş olaraq hər birimizin borcudur. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman hiss olunur. Bu qayğını görülən işlərdə, həyata keçirilən tədbirlərdə aydın şəkildə görmək olur.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz qayğısını əsirgəmir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman diqqətdə saxlayır, onları daim ziyarət edir, qayğıları ilə maraqlanır.

Dekabrın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, burada müalicə alan şəhid anasını və qaziləri ziyarət edib.

Vətən müharibəsi şəhidi leytenant Nəsibov Nicat Qəşəm oğlunun anası İlhamə Əhmədovanı, 2-ci dərəcəli Vətən müharibəsi əlili Musayev Cavid Saqif oğlunu, Vətən müharibəsi iştirakçıları Abbasov Şücayət Tahir oğlunu, Musayev İbrahim Sabir oğlunu, Tovuz döyüşlərinin qəhrəmanı, 2-ci dərəcəli müharibə əlili, çavuş İsmayılov Səyyar Şərif oğlunu ziyarət edən icra başçısı onların səhhəti və qayğıları ilə maraqlanıb.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova şəhidimizin anasının və qazilərimizin səhhəti barədə məlumat verərək onların sağlamlıqlarına qovuşmaları üçün həkimlərin əllərindən gələni əsirgəmədiklərini, hər cür kömək göstərildiyini bildirib.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən bütün hərbçilərimizin, qazilərimizin, şəhidlərimizin ailələrinin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı qazilərimizə və şəhid anasına tezliklə sağlamlığına qovuşmalarını arzulayıb, hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

İcra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qanları ilə dastan yazan Vətən oğulları ilə hər birimizin fəxr etdiyini söyləyib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək onlara göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Rayon rəhbərliyi ilə səmimi söhbət edən şəhid anası və qazilərimiz ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. Dövlətin qayğısını hər zaman hiss etdiklərini bildirərək bugünkü ziyarəti dövlətimizin onlara olan növbəti qayğısı kimi qiymətləndiriblər. Onlara göstərilən tibbi xidmətə, qayğıya görə Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə, tibb işçilərinə razılıqlarını ifadə ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186519

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930