Vətəndaş Həmrəyliyi Partiyasından Qərbi Azərbaycan bəyanatı

27.12.2022 - 15:51

“Qərbi Azərbaycandan olan soydaşlarımızın zorla qovulduqları, əcdadlarımızın min illər boyu yaşadıqları torpaqlara qayıdacaqları gün də uzaqda deyil”

Vətəndaş Həmrəyliyi Partiyası Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın öz yurdlarına qayıtması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

“44 günlük Vətən müharibəsi bizə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə birgə regionda yeni geopolitik durum yaratdı. İndi bölgədə hər kəsin hər kəsin Azərbaycanın maraqları ilə hesablaşmaq məcburiyyətində olduğu bir reallıqdır. Bu reallıq son ikiyüz ildə tapdanan və heçə sayılan haqlarımızın bərpasının tarixi şansını yaradıb. Bu gün Azərbaycan Respublikasının Türk Dünyası Birliyi istiqamətində ön cərgədə olması, Güney Azərbaycanda yaşayan soydaşlarımıza dəstək durması millət və dövlət olaraq hədəflərimizə doğru yürüşümüzün göstəricisidir.

Qarşıda duran məqsədlərdən biri də XX əsrdə qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalan Qərbi Azərbaycanlıların pozulan hüquqlarının bərpa ediməsi və onların öz doğma torpaqlarına qayıtmasıdır. Vətəndaş Həmrəyliyi Partiyası dövlət başçısının əvvəllər Qarabağın azərbaycanlı icmasına məxsus binanı Qərbi Azərbaycanlılara hədiyyə etməklə, həm də bu soydaşlarımızın da tezliklə əzəli torpaqlarına qaytarılacağına rəmzi işarə vurmasını tarixi missiyanın başlanğıcı olaraq yüksək qiymətləndirir. Bu, tarixin də, zamanın da tələbidir və Qərbi Azərbaycana qayıdış prosesi mütləq gerçəkləşdiriləcək. Bu əminliyi bizdə 30 il ərzində erməni vandallarının viranəyə çevirdiyi Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa, quruculuq işləri, o yerlərə doğma sakinlərinin qayıdışı yaradıb. Qərbi Azərbaycandan olan soydaşlarımızın da zorla qovulduqları, əcdadlarımızın min illər boyu yaşadıqları torpaqlara qayıdacaqları gün də uzaqda deyil.

Vətəndaş Həmrəyliyi Partiyası əminliklə bəyan edir ki, 44 günlük Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradəsi və qətiyyəti ilə Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186572

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031