Qazax rayonu ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi davam edir

10.01.2023 - 09:45

Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan addımlar, dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstək onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatında böyük pay sahibi olan qeyri-neft sektoru dövlət siyasətinin prioritet istiqamətidir. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə kimi həm işsizliyin aradan qaldırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşmasında, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı sahə olması nəzərə alınaraq bu sahədə məqsədyönlü işlər görülür.

Qazaxda bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsi də uğurla inkişaf etdirilir. Rayonda ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması, icra başçısının tapşırığına əsasən hər il rayonda mövcud olan beton üzlüklü, eləcə də torpaq məcralı suvarma arx və kanalların təmir olunması, kol-kosdan, lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir.

Hər il olduğu kimi, bu il də Qazax Rayon İcra Hakimiyyəti başçısının “Rayon ərazisində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, suvarma suyu ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə işçi qrupunun yaradılması barədə” 20.10.2022-ci il tarixli 349 №-li Sərəncamına əsasən qarşıya qoyulan vəzifələr uğurla icra olunur.

Qazax Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları və kənd sakinləri tərəfindən hər il həyata keçirilən ümumrayon işi bu il də davam etdirilir. Belə ki, 2022-2023-cü ildə 174,50 km-i texnika, 155,10 km-i əl əməyi ilə olmaqla 329,60 km məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. Artıq xeyli vaxtdır ki, bütün kəndlərdə təmizlik işləri həyata keçirilir. Əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini nəzərə alan Qazax Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları və kənd sakinləri bu işi ötən ildə olduğu kimi, bu il də optimal müddətdə başa çatdırmağı qarşıya məqsəd qoyublar.

Bu günə kimi bütün kəndlər üzrə 160,35 km-i texnika, 130,84 km-i əl əməyi ilə olmaqla 291,19 km məsafədə təmizlik işləri aparılıb.

Məlumat üçün onu da qeyd edək ki, 2016-2017-ci ildə 274,78 km məsafədə təmizlənmə işi aparılıb ki, bunun da 153,99 km-i texnika, 120,79 km-i isə əl əməyi ilə həyata keçirilib. 2017-2018-ci ildə 302,44 km arx və kanallarda təmizlik işləri görülüb ki, 151,43 km-i texnika, 151,01 km-i əl əməyi iləaparılıb. 2018-2019-cu ildə 153,49 km-i texnika, 149,74 km-i əl əməyi ilə olmaqla 303,23 km məsafədə təmizlik işləri görülüb. 2019-2020-ci ildə əkin sahələrinin suvarılması məqsədilə 124,67 km-i texnika, 206,82 km-i əl əməyi ilə olmaqla 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb. 2020-2021-ci ildə 106,02 km-i texnika, 189,51 km-i əl əməyi ilə olmaqla 295,53 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilib. 2021-2022-ci ildə 347,60 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb ki, bunun da 163,30 km-nin texnika, 184,30 km-nin əl əməyi ilə həyata keçirilib. Ümumilikdə, son 6 ildə 852,90 km-i texnika, 1002,17 km-i əl əməyi ilə olmaqla, 1855,07 km məsafədə təmizlik işləri yerinə yetirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187139

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031