Bir ömrün işığında
Hər ömrün öz işığı var, hər işığın ətrafına toplanıb qaranlığını parçalayanlar, isinənlər olur. Bəziləri Səməndər quşu kimi başqaları üçün yanıb küllərindən yenidən var olur. Müəllim ömrü, ziyalı ömrü işığından ən çox pay verən ömürlərdəndir.
“Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır, mən o zaman düşünmədən deyərdim, müəllimlik”- söyləyib dahi Həsən bəy Zərdabi.
Bu gün “Bir ömrün işığında” rubrikamızda Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbin direktor müavini Qərənfil müəllimədən söhbət açacağıq.
Qərənfil Bəxtiyarova 1958-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində ziyalı ailəsində anadan olub.
Ali təhsilini bitirdikdən sonra – 1992-ci ildə Bakı şəhəri, Yasamal rayonu, 158 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 2001-ci ildən bu günə kimi həmin məktəbdə direktor müavini vəzifəsində çalışır.
1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2003-cü ildən 158 nömrəli məktəbdə YAP-ın sədri və müavini kimi fəaliyyət göstərir. Dəfələrlə Yeni Azərbaycan Partiyası tərəfindən ictimai-siyasi fəaliyyətinə görə fəxri fərmanlarla təltif olunmuşdur. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən, gənc nəslin təlim-tərbiyəsində, inkişafında yüksək nəticələrə görə BBTŞ-i tərəfindən fəxri fərman, 158 nömrəli məktəbin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
Qərənfil müəllimə işlədiyi müddətdə kollektivin sevimlisi olaraq həm müəllimlərin, həm şagirdlərin sevgisini qazanmışdır. Ö, öz işinə olan dərin sevgisi ilə seçilir. Bu günlərdə Qərənfil müəllimənin 65 yaşı tamam olub. Yubiley münasibətilə Qərənfil müəlliməni təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq.
Cumhuriyyet.az
Short URL: http://www.cumhuriyyet.net/?p=187170