DGK-də İsmayıl Hüseynovun və İlham Bayramovun başı üzərində “qara kabus” dolaşır?- VİDEO/FAKTLAR

17.01.2023 - 13:30

“Bu belə olduğu halda Dövlət Gömrük Komitəsi əməkdaşlarının bizə qarşı irəli sürdükləri tələb heç cür yolverilməzdir, cinayət məsuliyyəti yaradan hallardır”

Məlumdur ki, respublikamız ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu bütün dünyaya bəyan etdikdən sonra, 30 yanvar 1992-ci il tarixdə Azərbaycan Respublikasının eks-prezidenti, mərhum Ayaz Mütəllibovun  imzaladığı fərman əsasında Dövlət Gömrük Komitəsi yaradılır və bu dövlət qurumu illər keçdikcə formalaşır. Qeyd edək ki, ötən illər ərzində bu dövlət qurumuna rəsmən təsdiq olunmuş ayrı-ayrı şəxslər rəhbərlik etmişlər ki, onlardan sonuncusu gömrük xidməti general-polkovniki Səfər Məmməd oğlu Mehdiyev olmuşdur. Bu şəxs 23 aprel 2018-ci il tarixdən Dövlət Gömrük Komitəsinə rəhbərlik etsə də, Prezident İlham Əliyevin 16 iyul 2022-ci il tarixdə imzaladığı sərəncam əsasında Səfər Mehdiyev daşıdığı vəzifəsindən azad olundu. Qeyd edək ki, adı çəkilən bu dövlət qurumunda baş verənlər ölkə rəhbərini belə bir qərar verməyə vadar edir və çox keçmədi ki, DTX əməkdaşları tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlar keçirildi. Həyata keçirilən əməliyyatlar nəticəsində 2-si general olmaqla, bir neçə vəzifəli şəxslər həbs olundular və onlara qarşı vəzifə cinayətləri ittihamı irəli sürüldü. Bu cür olaylardan sonra hər kəs elə düşünürdü ki, Dövlət Gömrük Komitəsində vəzifə sahibi olanlar həbs olunmuş şəxslərdən ibrət dərsi götürəcəklər və qanunauyğun idarəçiliyi həyata keçirəcəklər. Belə olan halda ataların bir deyimi yada düşür, “Sən saydığını say, gör fələk nə sayır”. Bəli, əslində belə bir zərb-məsəl, bu gün də bu Komitədə özünü doğrultmaqdadır. Məsələn, bugünlərdə “AZMETAL” şirkətinin rəsmi meneceri Müşviq Əmirli Dövlət Gömrük Komitəsinin strukturlarında yaşanan biabırçılıqlarla və özbaşınalıqlarla bağlı, bəzi media qurumlarına açıqlamalar verib. Bu şəxs verdiyi açıqlamalarda qeyd edir ki, “Təmsil etdiyim şirkət istehsal etdiyi malların ixracı məqsədilə Dövlət Gömrük Komitəsinə müraciət etsə də, “AZMETAL” şirkətinə aid məhsulların uyğunluq sertifikatı, bu gün də gömrük orqanları tərəfindən tanınmır. Çünki, gömrük orqanı əməkdaşları bununla bağlı yuxarıdan göstərişin verildiyini dilə gətirirlər. Yəni, onlar verilmiş göstərişi əsas tutaraq uyğunluq sertifikatının yalnız “AZSTANDART”dan alınmasını tələb edirlər. Qeyd edim ki, gömrük əməkdaşları bir neçə gün bundan öncə mənə “vizitka” verib “gedin uyğunluq sertifikatını biz deyən qurumdan alın” dedilər. Təqribən üç ay bundan öncə onların dedikləri orqana müraciət etdim, o halda Metrologiya İnstitunun direktoru cənab İlham Bayramov mənə “Biz gömrük generalları ilə danışıqlar aparırıq, öz sertifikatımızı gömrükdə tətbiq edəcəyik, gömrük əməkdaşları yalnız bizim verdiyimiz sertifikatlarla işləyəcəklər. Azkreditasiya olunmuş heç bir MMC-nin verdiyi sertifikatlar gömrük orqanlarında tanınmayacaq” dedi. Bəli, təqribən üç ay bundan öncə müraciət etmişdim, hal-hazırda gömrük orqanlarında bu qayda tətbiq olunmaqdadır. Yəni, ixrac edəcəyimiz mallara görə Bakı Baş Gömrük İdarəsinin Mərkəzi ekspertiza idarəsində bizdən “AZSTANDART”ın, yəni antiinhisar adı altında İlham Bayramovun düzüb-qoşduğu sertifikatı tələb edirlər. Mən bunun bir oyun olduğunu gözəl və dəqiq bilirəm. Ona görə də nə onlara  müraciət etməyə, nə də ki, bu qurumdan sertifikat almağa razı deyiləm. Qeyd edim ki, azkreditasiya olunmuş “SERTUS” MMC uyğunluq sertifikatı vermək səlahiyyətinə malik olan qurumdur və hüquqları “AZSTANDART”dan daha genişdir, eyni zamanda xidmət sahəsi onlardan daha böyükdür. Əslində, bütün bunların hamısı bir oyundur. Hal-hazırda gömrük əməkdaşları uyğunluq sertifikatını dedikləri qurumdan alınmasını tələb etsələr də, əslində bu cür yanaşma dövlət orqanlarının işinə müdaxilə etmək deməkdir. Mən dövlətimizə xidmət edən, vergi ödəyən bir şəxsəm. Bu belə olduğu halda Dövlət Gömrük Komitəsi əməkdaşlarının bizə qarşı irəli sürdükləri tələb heç cür yolverilməzdir, cinayət məsuliyyəti yaradan hallardır.

     Bildirmək istəyirəm ki, biz 10 yanvar 2023-cü il tarixdə də Dövlət Gömrük Komitəsinə  müraciət etmişdik. Ötən ilin sonlarında “SERTUS” MMC-dən aldığımız uyğunluq sertifikatı ilə mallarımızı gömrükdən buraxdılar. İstehsal etdiyimiz mallar latundan hazırlanan gəmi lövhələridir. Yəni, Türkiyə şirkəti ilə müqaviləmiz var və həmin müqavilə sənədi əsasında məhsulları hazırlayırıq. Digər tərəfdən, “AZSTANDART”ın rəsmi qaydada tapa bilmədiyi, heç cür verə bilmədiyi uyğunluq Türkiyədən rəsmi qaydada alınıb və bu rəsmi qaydada öz əksini də tapır. Gömrük əməkdaşları isə bu uyğunluğu qəbul etmirlər və onlar qeyri-rəsmi şəkildə bizdən tələb edirlər ki, uyğunluq sertifikatını biz deyən yerdən almalısınız. Hər kəs bilsin ki, gömrük əməkdaşları bunu istehsalatla məşğul olan hər kəsdən tələb edirlər. Qeyd edim ki, “SERTUS” MMC  “hikmin” kodu verə bilir, bu kodu tətbiq edir, hətta gömrük sertifikatları da var. Bu məsələ ilə bağlı ötən ilin 10 dekabrından müzakirələr aparılıır.   Əvvəl də “AZSTANDART”dan uyğunluq sertifikatı olmasını tələb edirdilər və 17 dekabr 2022-ci il tarixdə onlar bu qurumdan əldə etdiyimiz sertifikatla bir maşınımızı buraxdılar. Bu gün də eyni maşındır, eyni maldır və eyni sənəddir. Amma, indi “SERTUS” MMC-dən aldığımız sertifikatı heç cür qəbul etmirlər. Faciə odur ki, gömrük əməkdaşları 05 yanvar 2023-cü il tarixdən bütün istehsalçılardan uyğunluq sertifikatlarını yalnız “AZSTANDART”dan almağı tələb edirlər. Hər kəs gözəl və dəqiq bilir ki, bunu Metrologiya İnstitunun direktoru cənab İlham Bayramov tətbiq edib. Mən indiyə kimi bu oyunla heç cür barışmamışam və bundan sonra da barışmayacağam.

Hal-hazırda mallarımız yük maşınlarındadır və hər gecikən günə görə, hər maşın üçün gündəlik təqribən 100 dollar məbləğində pul itiririk. Ötən ay sertifikat məsələsinə görə maşınlarımızdan 20 gün, 17 gün, 10 gün gecikənləri oldu. Əgər maşınlarımızı vaxtlı-vaxtında buraxsaydılar, o halda biz  boşboşuna pullar itirməzdik və itirdiyimiz pulları vergi borclarımızın ödənilməsinə yönldərdik. Hal-hazırda bir kimsə mənə rəsmi qaydada cavab vermir ki, nəyə görə uyğunluq sertifikatı gömrük əməkdaşlarının dedikləri qurumdan alınmalıdır. Yəni, bunu mənə bir kisə demir, yaxud da deyə bilmir.

Onu da qeyd edim ki, “SERTUS” MMC səlahiyyətləri “AZSTANDART”dan daha böyükdür və xidmət sahəsi daha genişdir. Bu kimi məsələlər ciddi problemlərdir ki, bütün bunları İlham Bayramovun özü düzüb-qoşur. Amma, onu da unutmaq olmaz ki, bu cür çirkli oyunların əsas oyunçusu Bakı Baş Gömrük Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, Dövlət Gömrük Komitəsinìn sədrinin birinci müavini, gömrük general-leytenantı cənab İsmayıl Hüseynovdur. Belə ki, bu şəxsin gömrük işçilərinə və gömrük laboratoriyasında çalışanlara qanunsuz və əsassız göstərişlər verdiyi dilə gətirilir”.

Bəli, bütün bunları təhlil edib belə bir qənaətə gəlmək olar ki, hal-hazırda Dövlət Gömrük Komitəsinì rüşvətxorlar yuvasına çevirməyə çalışanların çirkin əməlləri ilə bağlı, DTX əməkdaşlarının bu dövlət qurumuna baş çəkmələrinə zərurət yaranıb. Yəqin ki, o halda “məhşər ayağı”na çəkilənlərdən birincisi İsmayıl Hüseynov olsa da, ikincisinin İlham Bayramov olması qaçılmaz olacaq. Odur ki, həm gözləyək, həm də izləyək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.

Xeberfakt.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187208

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031