“Mur-Ay” MMC aldatdı, “Şərur” MTK öhdəsinə götürdü

18.01.2023 - 13:15

2011-ci ildə “Mur-Ay” MMC-nin vəzifəli şəxsləri dələduzluq edərək 317 mənzil və qeyri-yaşayış sahələrini 1000-dən çox vətəndaşa sataraq küllü miqdarda ziyan vurduqları üçün cinayət işi başlayıb, onlar həbs ediliblər.

“Mur-Ay” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem, bu problemdən doğan gərginliyi “Şərur” MTK aradan qaldırıb. Belə ki, İsfəndiyar Axundova dövlət qrumlarından zəng gələrək bu məsələnin Azərbaycan respublikasının prezidenti İlham Əliyev cənablarının diqqətini cəlb etiyini və problemin həll edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Baş prokurorluğuna və o cümlədən “Şərur” MTK”-ya müvafiq göstəriş veridiyi bildirilib.

Göstərişə əsasən zərərçkənlər müqavilə əsasında 85 min kvm mülklərin qaytarılması tapşırılıb. Bildirilib ki, müqavilədən kənarda olan şəxslər olarsa onların məhsuliyətinin kimin üzərinə düşəcəyini artıq Dövlət orqanları, Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən araşdırılmalı olunacaq. Və bu məsələdə “Şərur” MTK” heç bir məsuliyyət daşımır. DİN-İstintaq İdarəsindən “Şərur” MTK” -ya 1068 zərərçəkmiş şəxsin siyahısı təqdim olunub və siyahıda adı olan hər bir vətəndaşa dəymiş ziyan “Şərur” MTK” tərəfindən ödənilib. 85 min kvm-lə təmin etməli olduğu halda 95 min kvm mülklə “Mur-Ay” MMC-nin səkinlərə vermiş olduğu ziyan ödənilib.

Bu gün artıq üstündən illər keçməsinə baxmayaraq davam edən bu problemlərin səbəbi isə “Mur-Ay” MMC-nin möhürünün hələ də dələduz dəstənin əlində olmasıdır ki, istədikləri insanlara müqavilə möhürləyib diqqəti “Şərur” MTK” -nın üzərinə yönləndirilər. Bu doğru hal deyil. Bundan sonra idda edən şəxs artıq “Şərur” MTK” -nın adını deyil onları aldadan şəxslərin adını hallandırmalı və lazımı orqanlara, Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Baş prokurorluğuna müraciət edərək haqqlarını tələb etməlidirlər.

 

Şərur” MTK” -nın Mətbuat Xıdməti Tünzalə İsmayılova

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187214

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031