İcra başçısı dünən avtoqəza zamanı xəsarət alan və Qazax Rayon Mərkəzi Xəstəxanasında müalicələrini davam etdirən sakinləri ziyarət edib

19.01.2023 - 10:27

Məlumat üçün qeyd edək ki, dünən – yanvarın 17-də axşam saatlarında Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Qazax-Kəmərli marşrut xətti üzrə hərəkətdə olan kiçiktutumlu sərnişin avtobusunun idarəetməni itirərək aşması nəticəsində xəsarət alanlar olub. Qəza zamanı 7 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərə tibbi yardım göstərilərək evə buraxılıb.

Yanvarın 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Vətən müharibəsi iştirakçısı, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” təltifli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, xəsarət alanların səhhətləri ilə maraqlanıblar.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova xəsarət alanların səhhəti barədə məlumat verərək vəziyyətlərinin qənaətbəxş olduğunu bildirib.

Sakinlər onlara göstərilən diqqət və qayğıya, bugünkü ziyarətə görə razılıqlarını ifadə ediblər.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz qayğısını əsirgəmir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman diqqətdə saxlayır, onları daim ziyarət edir, qayğıları ilə maraqlanır.Bu gün rayon rəhbəri Firdovsi Umudovla birlikdə xəstəxanada müalicə alan qaziləri də ziyarət edib.

Vətən müharibəsi iştirakçısı Kabıyev Fəxri Əli oğlunu və II qrup Qarabağ müharibəsi əlili Süleymanov Pərviz Əli oğlunu ziyarət edən rayon rəhbərliyi onların səhhəti və qayğıları ilə maraqlanıb.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən bütün hərbçilərimizin, qazilərimizin, şəhidlərimizin ailələrinin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı qazilərimizə tezliklə sağlamlığına qovuşmalarını arzulayıb, hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

İcra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qanları ilə dastan yazan Vətən oğulları ilə hər birimizin fəxr etdiyini söyləyib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək onlara göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Rayon rəhbərliyi ilə səmimi söhbət edən qazilərimiz ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. Dövlətin qayğısını hər zaman hiss etdiklərini bildirərək bugünkü ziyarəti dövlətimizin onlara olan növbəti qayğısı kimi qiymətləndiriblər. Onlara göstərilən tibbi xidmətə, qayğıya görə Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə, tibb işçilərinə razılıqlarını ifadə ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187217

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031