İran rejiminin terror üzü

04.02.2023 - 15:09

20-ci əsrin 30-40-cı illərində dünya faşizmdən əziyyət çəkirdi. Yəhudilərin İspaniya, Almaniya, İtalya və digər ölkələrdən kütləvi sürgünləri və enqiziya nəticəsində öldürülməsi, mallarının müsadirə olunması, xüsusilə də 30-cu illərdən başlayaraq yəhidi xalqına qarşı amansız qətliamların törədilməsi, Polşada xüsusi ölüm düşərgələrinin yaradılması, qoca və uşaqların, qadınların vəhşicəsinə marten sobalarında diri-diri yandırılması, həmçinin 1918-ci ildə Azərbaycanda yaşayan yəhudilərə türklərlə birlikdə erməni faşizminin törətdiyi qırğınlar yaxın tariximizdə silinməz izlər buraxıb.
İndi isə bunun təzahürlərini biz İran adlı fars rejiminin timsalında görməkdəyik. Molla diktaturasının hakimiyyətə gəlməsindən sonra İranın xüsusi xidmət orqanları, SEPAH dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri terror əməlliyatları ilə minlərlə günahsız insanın ölümünə bais olub. Suruiya, İraqda, Yəməndə, İsraildə, Yaxın Şərqin digər bölgələrində, müxtəlif ərazilərdə SEPAH qoşunları birbaşa iştirak edib. Farsizmin həyata keçirdiyi terror aktlarının əsas hədəflərindən biri də diplomatik nümayəndələr və səfirliklər olub, neçə ölkənin diplomatik nümayəndəsi amansızlıqla qətlə yetirlib.
Farsizm 30 ildə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı zamanlarda da İran “qan qardaşı”na hər cür dəstək verib, silahlandıraraq əsgərlərimizin və mülki vətəndaşlarımızın qətlə yetirilməsində əlbir olub. Səfirliyimizə edilən son terror hadisəsi də bu siyasətin davam etdiyini təsdiqləyir.
Fars terrorizmi 40 ildir ki, öz vətəndaşalrı olan Azərbaycan türklərinə qarşı da bu sülm və istibdadı yaşadır, onları edam edir, yerləşdikləri yurdlarından müxtəlif çirkin vasitələrlə başqa yerlərə köçürür, milli azadlıq tələb edən ziyalı və düşünən beyinləri ölkəni tərk etməyə məcbur edir, həbsxanalara salaraq dözülməz işgəncələr verir, azadlıqlarını məhdudlaşdırır, müsəlman ola-ola dinə və insanlığa yaraşmayan alçaldıcı hərəkətlər edir.
Bir çox dünya ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınmış SEPAH-ın silahlı qruplaşması Livanda, Suriyada təlim keşmiş erməni terrorçularla birlikdə Qarabağda bizə qarşı qanlı terrorlara qoşulur, buna etiraz edən Cənubdakı soydaşlarımızı dar ağacından asır. Ölkəmizə qarşı terror planları hazırlayır, ötən həftə səfirliyimizə olan terror hücumunu törədən şəxsin də SEPAH düşərgələrində təlim keçməsi barədə yetrəli sübutlar az deyil.
Bu günlərdə Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində evi-eşiyi dağlmış zərər çəkmiş azərbaycanlılara mollakratiya laqeyd və etiansız yanaşmaqla, öz vətəndaşına sahib çıxmamaqla yad və düşmən münasibətini sərgiləyir. Evləri dağılanlara yardım edilmədiyi üçün neçə gündür ki, uşaq və qadınlar ac-susuz şaxtalı havada küçədə qalıblar. Onlara sığınacaq, qida çatdırılmır. Hətta onların şəhər başçısının şikayətlərinə, etirazlarına da məhəl qoyulmur? Soydaşlarımıza qardaş əlini uzadan, yardım etmək istəyən Azərbaycan hökumətinin adi insanlıq borcuna belə Tehran rejimi imkan vermir. Bu cür məkr və xainlik, qeyri-insani rəftar ancaq şeytana xas ola bilər. Molla rejimi bununla həqiqtən əsil şeytan simasın göstərir.
Farsizmin Azərbaycan türklərinə qarşı daha bir mənfur davranışını Urmiya gölünün qurudulmasında da görməkdəyik. Neçə illərdir ki, soydaşlarımız, dünya ekoloji təşkilatları İran hökumətindən Urmiya gölünün qurudulmasının qarşısını almağa çağırır, ancaq buna məhəl qoyulmur. Gölün quruması nəticəsində tullantılar və kimyəvi maddələr ətrafa yayılmaqda, müxtəlif yoluxucu xəstəliklərin yaranmasına səbəb olmaqdadır, nəticədə insanlar burdan köçməyə məcbur olurlar. Eyni zamanda, gölün quruması bu ərazilərdə yüz illərdir ki, əkinçilik və heyvandarlıqla məşğul olaraq çörək qazanan soydaşlarımızn dolanışıq üçün buradan başqa ərazilərə köçməsinə səbəb olmaqdadır. Moll rejimi bunu qəsdən düşünülmüş şəkildə edir, rejimin irticaçı və şovinist mahiyyəti bundan ibarətdir ki, türklər bu ərazidən köçüb getsin, onların milli tarixi kimliyi itsin, burada başqa xalqlar yerləşdirilsin ki, qədim türk irsini və toponomiyası unudulsun. Necə ki, 200 il əvvəl Fars irtica rejimi erməniləri İrəvana, Zəngəzura yerləşdirməklə türkləri sıxışdırmağa və sonunda öz doğma yurdlarından didərgin salınmasına rəvac veribdir. Bu gün də eyni xain siyasət yürüdülür. Bu, həm də erməni terrorizminin xalqımıza qarşı yaşatdığı eyni oxşar ssenaridir, onlar da qədim tarixi irsimizi silməyə çalışırlar.
Yuxarıda qeyd etdiyim fikirləri ümumiləşdirərək belə qənaətə gəlirəm ki, Farsizm yaşadıqca dünyada heç bir ölkənin təhlükəsizliyinə, vətəndaşlarının toxunulmazlığına zəmanət yoxdur. Ona görə də hesab edirəm ki, müasir sivil dünya terror dövləti olan İrana qarşı beynəlxalq səviyyədə gecikmədən ən sərt zəruri tədbirləri görməlidir.

Siyasi elmlər doktoru,professor 

Vaqif ABDULLAYEV 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187462

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031