“Şərur” MTK-nin rəhbəri Türkiyəyə 5 milyon dollar yardım edib? – AÇIQLAMA

09.02.2023 - 12:04

Sosial şəbəkələrdə özlərini “Şərur” MTK-nin rəhbəri İsfəndiyar Axundovun yaxın qohumları adlandıran şəxslər iş adamının Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə 5 milyon dollar yardım göndərməsi barədə məlumatlar yayıb.
“Şərur” MTK- nın Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Avropa.info-ya eksklüziv açıqlamasında bildirdi ki, Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə yardım edilib, lakin sosial şəbəkələrdə yayılan məlumatlarda bu məbləğ şişirdilib.
“Bildiyimiz kimi, Qardaş Türkiyəyədə baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardım, “Qardaş Köməyi” Platforması yaradılıb. Təbii ki, İsfəndiyar Axundov da qardaş köməyini əsirgəmədi. Tanımadığımız şəxslər özlərini İ.Axundovun yaxın qohum adlandıraraq sosial şəbəkələrdə güya beş milyon dollar yardım etdiyimizi yayımlayır. Bəli, yardım etmişik, ancaq məbləğ şişirdilib”, -deyə o bildirib.
Tünzalə İsmayılova edilən yardımla bağlı məbləği açıqlamağa ehtiyac duymadığını qeyd edib: “Sadəcə, onu deyə bilərəm ki, yayılan məlumatlar tamamilə yalnışdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187806

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031