Millət vəkili Səməd Seyidov Qazaxda vətəndaşları fərdi şəkildə qəbul edib
107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov fevralın 7-də Qazaxda bir qrup seçicisini fərdi şəkildə qəbul edib. Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və millət vəkilinin köməkçisi Akif Əmirov iştirak ediblər.
Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara olan qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib, bugünkü görüşün də məhz bu məqsədə xidmət etdiyini bildirib. “Hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşlara qayğı ilə yanaşsın”, – deyən millət vəkili bu cür görüşlərin kökündə vətəndaş məmnunluğunun dayandığını bir daha vurğulayıb.
Daha sonra millət vəkili Səməd Seyidov seçicilərin müraciətləri ilə tanış olub, onları diqqətlə dinləyərək irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyəti orqanlara müraciət edəcəyini bildirib. Qaldırılan bəzi məsələlərin yerində araşdırılmasını bildirərək köməkçisi Akif Əmirova aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=187823