Növbəti yardım TIRı Qazaxdan birbaşa Türkiyəyə yola düşüb

12.02.2023 - 11:44

Mediaxeberleri.Az xəbər verir ki, Qazax rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə yığılan yardım bağlamaları yola salınıb.
Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılanıb.
Təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirdi, dərhal qardaş ölkəyə öz dəstəyini göstərdi. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda, Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər.
Bütün Azərbaycan xalqı kimi, Qazax Rayon İcra Hakimiyyəti də qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına qoşulub. Bu çətin günlərdə Türkiyə xalqının yanında olduğunu nümayiş etdirib.
Sözügedən humanitar yardım dövlət büdcəsindən ayrılmış 51886,14 manat vəsait hesabına göndərilib. Alınmış mallara görə həmin vəsaitdən 14072,2 manat “Abulife GROUP” MMC-yə, 9500,00 manat “Əsədoğlu” marketə (Kərimov Əsəd Məhərrəm oğluna), 10003,08 manat “Avromed Company” MMC-yə, 13697,61 manat “Brend Shop” mağazasına (Nazarov Murtuz Cəlil oğluna), 2008,25 manat “Ucuzluq” mağazasına (Əhmədov Vüsal Məmmədqulu oğluna), 1360,00 manat “Beko”-ya (Əsgərov Vahid Temur oğluna), 1245,00 manat “Xanlıqlar GROUP” MMC-yə məxsus hesablara ödənilib.
Alınmış 300 ədəd yorğan, 100 ədəd döşək, 300 ədəd yastıq, 211 ədəd elektrik qızdırıcısı, 6000 ədəd qida məhsulu, 38 çeşiddə vacib olan dərman preparatı, həmçinin, 330 ədəd kişi və 153 ədəd qadın üçün üst geyimi, 40 ədəd kişi və 60 ədəd qadın üçün qalın üst geyimi (gödəkcə), 55 cüt kişi, 18 cüt qadın və 50 cüt uşaq üçün ayaqqabı, 109 cüt qadın, 100 cüt kişi və 67 cüt uşaq üçün corab ictimaiyyət nümayəndələrinin iştirakı ilə könüllülər tərəfindən qablaşdırılıb və fevralın 10-da yük maşınına yüklənərək Türkiyə Respublikasına yola salınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187909

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031