Zakir Fərəcovun iş adamlarını aldadan Adil Xudadatov adlı müəmması və yoxlamanın yaratdığı problemlər

08.02.2023 - 10:42

Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup iş adamı və 400-ə yaxın işçinin arasında pul qalmaqalı davam edir. Belə ki, şəhərin Dənizkənarı Bulvarı və giriş hissəsinin tikintisini həyata keçirən iş adamları 2016-cı ildən bəri 8 milyon manat pullarını ala bilmirlər. Onların bildirdiyinə görə, işi tamamladıqdan sonra pullarını istəsələr də, bunun heç bir xeyri olmayıb.
Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə icra başçısı borcların ödənilməsini Sumqayıt İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xuradadatova həvalə etdiyini deyib. Elə həmin vaxtdan Xudadatovu tapmaq mümkün olmayıb.
Daha doğrusu, sözügedən şəxs telefonla danışaraq, iş adamlarına deyib ki, icra başçısı işləri ona tapşırsa da, pulu yoxdur. Pulu toplamaq üçün isə işçilərini ərazilərə göndərib və onlar pul yığdıqdan sonra görüşəcək. Maraqlıdır, dövlət başçısı Sumqayıtda abadlıq və yenidənqurma işlərinə 50 milyon manat pul ayrıb. Həmin pulun hara və nəyə xərcləndiyi məlum deyil. Daha doğrusu, görülən işlərdən yalnız 4 milyon manatı sahibkarlara verilib. Yerdə qalanın aqibəti bəlli deyil. İndi sual olunur: Ayrılmış 50 milyon manat pul hara xərclənib? Sumqayıt İcra Hakimiyyətinin hesabında olan pulu kimlər özünküləşdirib? Və ən əsası, İcra Hakimiyyətinin sahibkarlara olan borcunu Adil Xudadatov niyə verməlidir?
Xudadatov ən yaxşı halda Sumqayıt İH-nin tikinti və memarlıq şöbəsinin müdiridir. Onun vəzifəsi şəhərdə memarlıq və tikinti işlərinə nəzarət etməkdir. Amma bu adam deyil ki, “əraziyə işçiləri göndərmişəm ki, pul yığsınlar”. Görəsən, şöbə müdiri hansı pulu yığır və yığdırır? Xudadatov niyə Zakir Fərəcovun borclarını bağlamalıdır?
A.Xudadatovun vəzifəyə gətirilməsinin maraqlı tarixçəsi ilə bağlı  məlumat daxil olub. Zakir Fərəcov Abşeronda icra başçısı işlədiyi dönəmdə bu şəxsi Memarlıq şöbəsində vəzifəyə gətirmişdi. Lakin bir müddət keçəndən sonra Adil Xudadatov başçının qəzəbinə gəldi və həbs edildi. Sakinlərin bildirdiyinə görə Zakir Fərəcovun onu həbs etdirməsi şəxsi münasibətləri ilə bağlı olub. Adil Xudadatovla qeyri-rəsmi qohum olan icra başçısı istəyinə çatandan sonra onu həbsdən azad edib və Sumqayıt İcra Hakimiyyətində mühüm vəzifə ilə təmin edib. Hazırda davam edən rəsmi olmayan qohumluq münasibətləri Zakir Fərəcovu qane etdiyindən Adil Xudadatov şəhərdə söz sahibi hesab olunur. İddia olunur ki, o, özünün və yaxınlarının adına rəsmiləşdirilmiş milyonluq daşınmaz əmlaklara sahibdir.

Məsələn, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri- Baş memar Adil Xudadatov kimi… Azərbaycanda rüşvətxor, imici zədələnmiş, fəaliyyəti pul altında “preslənən” məmur heyətinin tipik obrazı! Elə ən ciddi problemlərdən biri də budur: ölkədə çox yaxşı həkim, jurnalist, dülgər, müəllim və s. yetişdirə bilərik, amma heç vaxt çox yaxşı kadr yetişdirə bilmirik. Mənzərə belədir: xalqla dövlət arasında körpü rolunu oynamalı olan icra hakimiyyətlərinə təyin edilən vəzifəli şəxslərin bir çoxu milli mənəvi keyfiyyətlərdən uzaqdırlar. Onların hədəfləri də bəllidir: bütün fəaliyyət istiqamətlərini yalnız pul qazanmağa, mal-mülk sahib olmağa yönləndirmək. Sumqayıt Cənubi Qafqazın ən böyük sənaye şəhərlərindən biridir, orada 347 minə yaxın insan yaşayır, eyni zamanda dini-siyasi baxımdan Azərbaycanda ən həssas nöqtələrdən biridir. Adı bütün günü çayxanaların alış-veriş mövzusunun əsas predmetinə çevrilən, şəhər icra hakimiyyətini bazar piştaxtasına daşıyan, torpaq alveri ilə məşğul olan bir şəxsi belə bir həssas rayona hansı əsasla baş memar təyin ediblər? Bu adam nəyi qurub-yaradacaq? Puldan heykəlmi?
Dövlətimiz və xalqımızı üçün ən böyük dəhşət də elə budur: əvəllər “Kamaz” sürücüsü işlədiyi deyilən A.Xudadatov indi ölkənin ən böyük 3 şəhərindən birinin əsas idarəçilik sükanlarından birinin arxasına keçib. Rul əlindədir! O, bir gün mütləq qəza edəcək, amma Allah bu qəzanın fəsadlarından onu yox, Sumqayıtı və onun əhalisini qorusun!
Qanunsuz əməllərini iş otağında yox, kənar hücrələrdə həyata keçirən A.Xudadatov Azərbaycan hüquq-mühafizə orqanlarının kameralarının gözündən yayındığını düşünür. Və bir gün bu adamın həbs edilən icra başçıları və onların müavinləri kimi xarici ölkələrdə otellləri, mənzilləri ortaya çıxacaq. Qarabağın dirçəldilməsi, orada təhlükəsiz həyat şəratinin qurulması üçün Prezident İlham Əliyev bütün zəruri addımları atmaqdadır. Hazırda işğaldan azad edilən ərazilərdə sürətlə bərpa işləri həyata keçirilir. Amma müharibə vaxtı öz yaxınlarını döyüşdən yayındıran A.Xudadatov kimilər müharibədən sonra da öz mənfur əməllərini davam etdirməkdədirlər. İş adamlarından “Qarabağın bərpasına yuxarıdan pul istəyirlər” bəhanəsi ilə pul yığan bu adamın məqsədi dövlətin nəcib addımlarına kölgə salmaqdır. Adil Xudadatov, əgər daha da varlanmaq istəyirsənsə, bunun üçün dövlət başçısının adından istifadə etmək, minlərlə insanın tökülən qanı hesabına azad etdiyimiz Qarabağı hədəf seçmək məmur və vətəndaş əxlaqına sığırmı?
Cəzasızlığın nəticəsidir ki, uzun müddətdir adı ölkə mediasından düşməyən, Sumqayıtın icra başçısı Zakir Fərəcovun “sağ əli” kimi tanınan, hətta qısa müddət onun müavini olan və tez də postunu itirmiş, indisə İH-də Memarlıq şöbəsində çalışan Adil Xudadatov karyera yüksəlişi həvəsindədir. Xudadatova yaxın olan dairələr ona vəd edib ki, Fərəcovun yerinə təyin oluna bilər. Amma bunun üçün onun siyasi rəhbərliyə təqdimatı gedərkən dosyesi təmiz olmalıdır. Çünki Prezident Administrasiyasında kuratorlar bir məmurun təqdimatını verərkən onun fəaliyyəti araşdırılır, mətbuatda adının nə dərəcədə hallanması monitorinq edilir. Bu mənada Xudadatov üçün perspektiv ümidverici görünmür. Fərəcovun qara işlərini görməkdə adı keçmiş, barəsində müxtəlif iddia və ittihamlar yayılmış şəxsin Sumqayıtın icra başçısı təyin olunacağı sual doğurur.

Bu arada Sumqayıtda başlanan yoxlamalar Fərəcov-Xudadatov cütlüyünə daha bir problem yaşadır.  Belə ki, yoxlamaların təkcə Maliyyə Nazirliyi deyil, həmçinin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də həyata keçirirmiş. Əldə etdiyimiz məlumata görə, sözügedən qurum bir həftədir Sumqayıt şəhər Təhsil, Səhiyyə, Kommunal Təsərrüfat idarələrində genişmiqyaslı araşdırmalara start verib. Artıq ilk yeyinti faktının aşkarlandığına dair məlumatlar da var. Həmin məlumata görə, KQMBİ-nin ilk araşdırması Sumqayıt Şəhər Səhiyyə İdarəsində həyata keçirilib. Həmin araşdırma nəticəsində 6 milyon 427 min manat yeyinti aşkarlanıb. Dövlət qurumu bu yeyintinin birbaşa İcra Hakimiyyətinin əliylə aparıldığını aşkarlayıb. Məlumatda vurğulanır ki, məsələdən xəbərdar olan Sumqayıtın icra başçısı Zakir Fərəcov danışıqlar aparmağa çalışsa da, buna imkan belə verilməyib. Yalnız o bildirilib ki, yeyinti nəticəsində dəymiş 6.427 min manat ziyan dövlət nəfinə geri qaytarılmalıdır. Bundan sonra icra başçısı və yaxınlarının sayəsində həmin pulun 1 milyon 500 min manata geri ödənilib. Qalan məbləğlə bağlı isə A.Xudadatovun şəhərdə pul yığdığı bildirilir. Bildirilir ki, Zakir Fərəcov qəfil başlayan bu yoxlamalardan çıxılmaz vəziyyətə düşüb. Məlumata görə, o, vəziyyətdən çıxmaq üçün bir neçə qapını döysə də, bunun heç bir xeyri olmayıb. Həmin qapılardan ona bildirilib ki, problemi özü həll etməlidir və ona heç bir köməklik göstərə bilməyəcəklər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187913

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930